Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.
"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Qeyd edək ki, Nəsimi Rayon İcra Hakimiyyətinin eks-icra başçısı Elxan İbrahimov ötən ilin dekabrında vəzifəsindən azad edilib. 43 yaşlı E.İbrahimov işində yol verdiyi nöqsanlarla əlaqədar qısa müddət sonra - heç 2 ay olmamış işdən çıxarılmışdı.
Qeyd edək ki, Tahir Budaqov 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.

1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib. Bu günə qədər həmin vəzifədə işləyib.
3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olub.
"SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir. 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilib.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. Həmin gün YAP Sədrinin qərarı ilə YAP Sədrinin Müavini və YAP Mərkəz Aparatının rəhbəri təyin olunub.
31 dekabr 2024-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Evlidir, 3 övladı var.

Şərhlər
Tahir müəllimi, bir insan kimi yaxından tanıyıram və O özündəki dəyərlərlə inşallah bu vəzifəsinin də öhdəsindən layiqincə gələcəkdir. Təbrik edirik, Tahir müəllim. Uğurlarlarınız bol olsun.
Hekim ?
"Sabun köpüklü rəqəmlər"in faydası Nəsimi rayonuna vardı)))
Belə bir təşəbbüslə çıxış etmək istərdim: qeyri Naxçıvanlıların (kifayət qədər dəyərli, ağıllı Naxçıvanlıları tanıyıram ki, onlar bu təklifə anlaşılanlıqla yanaşarlar) siyahısını tərtib edib qalanları hansısa planetə sürgün edərdilər. Fikrimcə, bu çox ağlabatan təklifdir.
statistika komitəsi yalan rəqəmlərlə manpylyasiya edib...
Statistika komitesinin rehberi ola ola nece yap sedr muavini olub? qanunla bu qadagandir....
Çox maraqlıdır - tibb təhsili olan birinin statistika ilə nə əlaqəsi? Bu ölkədə savadlı bir iqtisadcı yox idimi? Əslində burda nə var ki? 5 —6 müavini var, onlar həll edərlər))