Əmək pensiyaları indeksləşdiriləcək.
"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçiriləcək.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bu Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu barədə yaydığı məlumatda bildirilir ki, yanvarın 1-dək təyin edilmiş bütün pensiyaları Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırır.
Qeyd olunub ki, bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir.
Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni pensiyaçılar artıq fevral ayının pensiyasını yeni artımla, habelə yanvar ayının pensiyasına edilmiş artım məbləği ilə birgə alacaqlar. Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb.
Məlumata görə, dövlət başçısının əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 % indeksləşdirilərək artırılır.
"Hər ilin əvvəlində tətbiq edilən bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin pensiya kapitallarının yalnız onların əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil, dövlət tərəfindən də hər il indeksləşdirilərək artırıldığını göstərir", - məlumatda vurğulanıb.

Şərhlər
Möhtəşəm qərar. Amma yaxşı olardı bu qərar Azərbaycanda yüksə pensiya alanlara şamil edilməzdi. Ta o vaxta kimi aşağı penisiya alanların penisiya məbləğləri həcmi yuxarı pensiya alanların ən azından 60-70 faizinə gəlib çatardı. İndiki halda isə, yüksək penisiya alanlara ümumi çatan artım məbləği hesablanıb, aşağı penisiya alanların pensiya məbləğlərinə əlavə edilərdi. Onda sanıram sosial ədalət də yerini bulardı. Umarıq gələcəkdə hökümət bu barədə də, bir düşünərdi.
indeksləşdirilməsin artırılsın. Neft qaz milyardları gələ ölkədə dilənçilik baş alıb gedir. Nə uşaq pulu var pensiya da 65 yaşında və çox az miqdarda. Bizdən olmayan talançılar isə milyardları daşıyırlar dünyanın bütün ölkələrinə. Çox yazıq millətik. Allah kömək olsun bizə
Keçən il ərzində ərzaq və vacib dərmanların qiymətartımı 10-30 faiz olduğu halda pensiyaya 9,3 faiz artım edilir və minnət də qoyulur. Hələ bəzi bunun fərqinə vara bilməyən adamların dili ilə özlərinə tərif də dedizdirirlər. Odur ki, bu gündəlik
Hörmətli cənab Prezident ! ƏƏSMN və DSMF kadr dəyişikliyi olmasına baxmayaraq iş prinsipi dəyişilməmişdir. 40-ilə yaxın Əmək stajım olmasına baxmayaraq2 16.01.2024-cü il tarixdə Əmək pensiyasına çıxmışam və mənə 301 manat pensiya təyin ediblər. Saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov tərəfindən təhrif olunmuş cavab verməklə öz vəzifəsini bitmiş hesab etmişdir. Dəfələrlə DSMF-nun rəhbərliyinə müraciət edərək qəbul etməsini xahiş etməyimə baxmayaraq, qəbuluna düşmək mümükün olmamışdır. Odur ki, DSMF qanunun aliliyinə riayət edilməsi üşün ciddi tədbirlərin görülməsi üçün aidiyyatı üzrə göstəriş verməyinizi sizdən xahiş edirik.
pensiyaçılara vacib sevindirici , heç kəsin ağlına gəlməyəcəyi şok xəbər barədə redaksiyamıza millət vəkili,deputat, iqtiadçı alım, məşhur ekspert Vüqar Bayramov şəxsən məlumat vermişdirrr