Menu

NAZİRLİK PENSİYALARLA BAĞLI MƏLUMAT YAYDI - "Artım bütün pensiyaçılara şamil olunur..."

09.02.2026, 23:00
NAZİRLİK PENSİYALARLA BAĞLI MƏLUMAT YAYDI - "Artım bütün pensiyaçılara şamil olunur..."

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin yanvarın 1-dək təyin edilmiş bütün pensiyaları Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırır.

"AzPolitika" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir.

Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni pensiyaçılar artıq fevral ayının pensiyasını yeni artımla, habelə yanvar ayının pensiyasına edilmiş artım məbləği ilə birgə alacaqlar. Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb.

Məlumata görə, dövlət başçısının əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 % indeksləşdirilərək artırılır.

"Hər ilin əvvəlində tətbiq edilən bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin pensiya kapitallarının yalnız onların əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil, dövlət tərəfindən də hər il indeksləşdirilərək artırıldığını göstərir", - məlumatda vurğulanıb.

Şərhlər

Sevda 2026-02-11 15:15:12

Xeste usaqa qulluq edirem 18 yawa kimi eliyir var ona da artim duwur ve be qeder

Memmedov pervin 2026-02-10 09:47:31

Salam men473manat pensiye aliram mende neqeder artim okscaq?

Telli 2026-02-10 04:28:47

393manat aliram 9.3faiz atrilib ne qeder alacam

Nizami 2026-02-09 23:18:59

Mən393manataliram artım36manat Deputat 5000manat alır artım460manat onun artı mı mənim pensiyamdan çox artır belə ədalətsiz bölgü olmur

Məhəmməd 2026-02-09 21:32:19

Mənə izah edin görək bu 5,6 faiz nə deməkdir və pəensiya artımına necə təsir edir

??? 2026-02-09 19:52:38

Yəni, 3000-4000-5000 m pensiya alanın pensiyası təqribən 300-400-500 m artacaq, 300-400 m alanın 30-40 m.??? "İndeksləmə" ünvanlı olmalıdı, belə yox:müəyyən miqdardan çox pensiya alanlara az, az alanlara isə daha çox verilməlidi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol