Bakıda yeni tunel tikiləcək. Tunelin tikintisi məqsədilə bir sıra plana düşən evlər söküləcək.
"AzPolitika" İTV-yə istinadən xəbər verir ki, tunel tikintisinin məqsədi “20 Yanvar” dairəsi və “Şamaxinka”dan gedən sıxlığın aradan qaldırılmasıdır.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 25 layihənin icrası nəzərdə tutulur: “Artıq onun bir neçəsində işlərə start verilib, bir neçəsində isə yaxın müddətdə işlərə başlanılması nəzərdə tutulur. O cümlədən, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindən Kənar Dairəvi yola çıxan tunelin inşası nəzərdə tutulur”.
Artıq söküntü işləri ilə bağlı sakinlərə rəsmi bildirişlər təqdim edilib.
Daha ətraflı videomaterialda:

Şərhlər
Bəs Paparində olan evlər nə vaxt söküləcək adam irgənir həyət aralarına girəndə dar kücələr dagınıq yollarla getmək olmir taksilər əziyyət cəkirlər.
SABUNCU QƏSBƏSİNİ NİYƏ SÖKMURLƏR. BİT bazarıIyla kolxoz bazarı biri birinə qarısıb. İyrənc bir hava var. Sabuncu şənbə və.bazar gunləri tıxac əlindən Avtiobuslar belə cətinlik cəkirlər.O vaxtın balaxanı zibilliyinə dönur.İlin bu günundə belə bir sövürdə yasayırıq .Amma Sabuncu bazarına analıq gözuylə baxılır