Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Müşahidə Şurasının qərarı ilə vəzifəsindən azad olunub.
“AzPolitika” xəbər verir ki, bununla bağlı TƏBİB rəsmi məlumat yayıb.
Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə həmin vəzifənin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
Xatırladaq ki, V.Qurbanov 2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 8 sentyabr 2022-ci ildən isə TƏBİB-in icraçı direktoru təyin edilmişdi.
Qeyd edək ki, Vüqar Qurbanov 1977-ci ildə anadan olub. 1994-cü ildə orta məktəbi fərqlənmə attestatı ilə, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib.
2001–2003-cü illərdə təhsilini Türkiyə və Rusiyada davam etdirmiş və aspirantura təhsili alıb. Beynəlxalq və yerli elmi konqreslərdə məruzəçi kimi çıxış edib.
Vüqar Qurbanov 2000–2001-ci illərdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə həkim-intern, 2001–2016-cı illərdə həkim-nevroloq kimi fəaliyyət göstərib. 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri və 2018-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri kimi çalışıb.
2021–2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 8 sentyabr 2022-ci ildə TƏBİB-in icraçı direktoru təyin edilib.16 fevral 2026-cı ildə bu vəzifədən azad edilib.
***
TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.
“AzPolitika” bildirir ki, bu barədə “Bakupost.az” xəbər yayıb.
Qeyd olunur ki, “sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub”.
“AzPolitika.info”

Şərhlər
" TƏBİB" in Yaradılması Azərbaycan səhiyysinə vurulan ağır zərbə olub.
təsadüfi adamlar bu gün vəzifələrə gətirilir
Görəsən Şəki Mərkəzi Rayon Xəstəxanasında nə vaxt özbaşnalığa son qoyulacaqdır ! Məcid Əliyev və Qorxmaz İbrahimxəliov nə vaxt işdən azad olunacaqdır........?
YANLIŞ ORTAYA ATILAN,SƏNİYYƏNİ PARÇALAYAN VƏ SƏVİYYƏSİZ HALA GƏTİ RƏN .ƏHALİNİN NARAZIIĞINA VƏ BAHAÇILIĞA SƏBƏB OLAN "TƏBIB" ÜMMİYYƏTLƏ LƏĞV OLUNMALI ,SƏHİYYƏ NAZİRLİYİ MƏSUIİYYƏTİNİ TAM ANIAMALIDIR.
Bu insanda heç hekim sifeti yoxdur. .... Kim bunlari seçir vezifelere maraqlidir?