Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.
Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.
***
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunur.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.


















Şərhlər
Zəfərli Azərbaycanı Qarabağa buraxmayıb, İsveçrəyə daşınan minlərlə ton Molibden filizi, dəyəri, təzminatı, həmin Dövlətin Azərbaycana zəmanətləri, son xəbərdarlığı eşitmədiyinə görə *mühakimə* edilənlərdən etirarlar və bir qərinəlik cinayətlərə hesabi-təzminat istintağı Qarabağı bərpa edəcək, yoxsa Azərbaycanın sərvətləri də, səyləri də saymayıb-təhdid edənlərə yönələcək?
Bu günkü münasibətlər, ya xahişlərin Azərbaycan, Ermənistan SSR və SSRİnin Konstitusiyalarına zidd Azərbaycanın coğrafi mərkəzi Qarabağda (əski DQMV sovetliyində) əcnəbi emissarlar və hərbi dəstəklə terrorçuların 1987dən BMT TŞnın qərarına zidd də 20.09.2023cü il tarixinə qədər davam edən *Miatsum!* işğal cinayyətləri ciddi daxili və beynəlxalq mühakimə cəhdində heç zaman davam edə bilməzdi? Cinayətkarla diplomatiya 36 ildən də çox uzadıla bilər...?
Olduqca ədalətsiz hökmdür. Əgər Vardanyanın törətdiklərini öz millətimizin nümayəndəsi törətsəydi ona milyon il iş verərdilər. Görünür Trampın xahişi nəzərə alınıbdır. Tramp xalqdan üstün imiş.
Bununla da azərbaycanlılara qarşı tarixin ən vəhşi-kütləvi 18 mindən çox günahsız vətəndaşını qətlə yetirmiş, yüz minlərlə ailəni öz doğma ev-mülklərindən 36 il məhrum etmiş Hərbi Genosid Cinayətini Azərbaycan Məhkəməsi elə 20cə nəfərin mühakiməsi ilə formallaşdırmış olur? Milli Məclis bu gün Vertolyota süilh təşəbbüsünə qarşı hərbi savaş cinayətini anacaqmı?