Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun başa çatan məhkəməsində bir sıra maraqlı məqamlar üzə çıxıb.
"AzPolitika" Teleqraf-a istinadən xəbər verir ki, 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilən polkovnik-leytenantın ümumillikdə 223 nəfərdən 505.730,00 manat rüşvət aldığı müəyyənləşb.
Maraqlıdır ki, Həsən Məmmədov məhkəmədə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilovun adını çəkib. O, Mirzə Cəlilovun tapşırığına uyğun olaraq, 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3000 manat, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılar üçün hərbi biletin verilməsindən ötrü 5000 manat, möhlət hüququ almaq istəyən çağırışçılardan 1800 manat məbləğində rüşvət alınaraq xidmət rəsinə çatdırıldığını bildirib.
Ən maraqlı məqam odur ki, Mirzə Cəlilov da öz ifadəsində Ali Məclisin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbovun adını çəkib: “Möhlət hüququ verilmiş çağırışçılardan ümumilikdə təxminən 800-900 min manat rüşvət toplayaraq Ali Məclisin sabiq sədri Vasif Talıbovun göstərişi əsasında Seymur Talıbovun sürücüsü Həsən adlı şəxsə vermişəm. Seymur Talıbova verdiyim 900 min manat puldan mənə 10 faiz, təxminən 80 min manat çatıb. 7 faiz isə rayon şöbə rəisinin idi”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Mirzə Cəlilov da Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri təqsirləndirilib. O, 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Həsən Məmmədov 2018-2023-cü illərdə, Mirzə Cəlilov isə 2024-cü ilədək vəzifədə olub

Şərhlər
Vasif təkcə kömrükdən 300 milyard oğurlayıb. Buna görə də heç bir cəza almayıb
"Maşallah" olsun, Şvartsnegger bunları görsə pamperslik olar, biri prorektor, o biri miqrasiya sədrinin müavini...Koroğlu demişkən, "haydı igidlərim"...
"Maşallah" olsun, Şvartsnegger bunları görsə pamperslik olar, biri prorektor, o biri miqrasiya sədrinin müavini...Koroğlu demişkən, "haydı igidlərim"...
XAHİŞ EDİRƏM GÜLMƏLİ XƏBƏR YERLƏŞDİRMƏYİN ! 900 MİN MANATI ƏN BALACA İDARƏ AYDA NAXÇIVAN BANKA QOYURDU . SİZCƏ 900 MİN MANATA YOX , 900 MİN DOLLARA 5 MƏRTƏBƏLİ NAXÇIVAN BANK AÇMAQ OLAR ? HƏR AY , NAXÇIVANDA BÜTÜN NAZİRLİKLƏRİN VƏ KOMİTƏLƏRİN MALİYYƏ ŞÖBƏLƏRİ DAROJNU SUMKALARLA HƏRƏSİ 5-10 MLYN DOLLAR APARIB QOYURDULAR NAXÇIVAN BANKA . QƏBİZİN ALIB , NAZİRLƏRİNƏ VERİRDİLƏR -ONLARDA ŞƏKLİN ÇƏKİB VASQAYA GÖNDƏRİRDİ Kİ , BU AY ÇÖRƏK PULUMUZ BU QƏDƏR OLUB . BUNUN ÜÇÜNDƏ BİR-BİRLƏRİ İLƏ YARIŞIB HƏR AYA DAHADA ARTIRIRDILAR . BÜTÜN ƏLLİLƏRİN , PENSİYAÇILARIN , İŞLƏYƏNLƏRİN MAAŞLARINDANDAN TUTUB , VASQAYA TAS VERİRDİLƏR. VASQA REJİMİ MARFİYOZ QRUPLAŞMA İDİ . BÜTÜN QAÇAQMALÇILIQ YOLU İLƏ HƏR AY SƏRVƏT GƏTİRİRDİLƏR . BÜTÜN BUNLAR BİR QİSMİDİR .
siz bunlarin sifetlerine baxirsinizmi
Hər addımlarında cinayət törətmişlər qalıb bir yanda, onlara şestorkalığ edənlər cəzalandırılır...
kim bu sirri aca bilər..küllü miqarda vəsait mənimsəmiş bu şəxslər nəyə gorə cəzalandirilmar