Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (SSƏMN) yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad olunub.

"AzPolitika"  "Qaynarinfo"-ya istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə Zaur Kamal oğlu İbrahimov tutduğu vəzifəsindən azad edilib.

1978-ci ildə Gəncə şəhərindən anadan olan Zaur İbrahimov 2020-ci ilin iyul ayından etibarən Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, digər bir məlumata görə Zaur İbrahimov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində iş düzəlib. Belə ki, AAYDA-dan verilən məlumatda bildirilib ki, Zaur Kamal oğlu İbrahimov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin inzibati idarəetmə məsələləri üzrə məsləhətçisi təyin edilib.