Milli Məclis “İmprotex Motors” şirkəti ilə  müqavilə bağlayıb.

“AzPolitika” xəbər verir ki, müqavilədə rəsmi qarantiyada olan nəqliyyat vasitələrinə qulluq göstərilməsi nəzərdə tutulur.

Buraya yağ, sürtkü materialları, ehtiyyat hissələri və servis xidmətləri aiddir.

Müqavilənin maliyyə dəyəri isə 22 826 manat müəyyənləşib. 

Milli Məclisin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “İmprotex Motors” MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat vasitələrinə yağ və sürtkü materiallarının dəyişdirilməsi, ehtiyat hissələrinin təmin olunması, eləcə də müvafiq servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. 

Xatırladaq ki,“İmprotex Motors” şirkəti 1991-ci ildə yaradılıb. Şirkətin sahibi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. O, nazir işlədiyi 2006-2013-cü illərdəholdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.