İranın Tehranla bərabər İsfahan, Təbriz, Qum, Kərəc və Kermanşah şəhərlərində də partlayışlar qeydə alınır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

İsrail təhlükəsizlik rəsmisi "Xamenei də daxil olmaqla bütün İran hökumətinin hədəfə alındığını" deyib və əlavə edib ki, İran "gündüz zərbəsindən çox təəccüblənib".

İsrail bəyan edir ki, İrana qarşı əməliyyatın əsas məqsədi "rejimi devirmək və hakimiyyət dəyişikliyinə nail olmaq"dır.

İsrail və ABŞ tərəfindən buraxılan və İrana yönəlmiş raketlər İraq səmasında müşahidə edilib. ABŞ Mərkəzi Komandanlığı Amerika qüvvələrinin İrana qarşı əməliyyatda mümkün iştirakı ilə bağlı şərh verməkdən imtina edib.

"The New York Times" isə xəbər verir ki, İrana qarşı hazırkı hücum ötən ilin iyun ayında Amerikanın zərbələrindən daha böyük olacaq.

İranın "Şərq" qəzetinin məlumatına görə, Ali Lider Ayətullah Əli Xameneinin adətən yaşadığı Tehran məhəlləsinin üzərində qatı tüstü qalxır. Tehran sakinləri həmçinin Prezident sarayı və Milli Təhlükəsizlik Şurasının da yerləşdiyi ərazinin üzərində tüstü qalxdığını bildiriblər.

İsrail Müdafiə Qüvvələri İrana qarşı dörd günlük intensiv hücumlara hazırlaşır - bu, ötən yaydan daha böyük bir kampaniyadır.

“Tasnim”-in məlumatına görə, partlayışlar İranın Lorestan əyalətində və Təbriz şəhərində eşidilib.

İlk zərbə dalğası İran Ali Məhkəməsini və Məhkəmə Qurumları Mərkəzini dağıdıb.

“AzPolitika.info”