Baş nazir Nikol Paşinyan və Vətəndaş Müqaviləsi Partiyasının üzvləri bir neçə gün öncəpartiyanın seçki kampaniyası çərçivəsində Ermənistanın Ararat və Armavir bölgələrinə səfər ediblər.

Səfər əsnasında maraqlı bir an yaşanıb. 

Belə ki, Artaşatda meyvə-tərəvəz mağazasının işçisi Baş nazir Nikol Paşinyanı girişdə saxlayıb və onu içəri buraxmaqdan imtina edib.

Gənc oğlan Paşinyana qəfildən "Çıx çölə" deyib.

Buna baxmayaraq, Paşinyan yenə də içəri girib və orada olanlardan biri ilə əl sıxıb.

Həmin görüntüləri təqdim edirik: