Rusiya HHM sistemləri növbəti dəfə öz “bacarıqlarını” göstəriblər.
“AzPolitika” xəbər verir ki, “Telegram” kanallarında və Rostov sakinlərinin sosial media hesablarında yayılan məlumata görə, Rusiyanın Rostov vilayətində Ukrayna PUA-larına qarşı hava hücumundan müdafiə əməliyyatları zamanı Rusiya helikopteri vurulub. Bununla bağlı videogörüntülər də yayımlanıb.
Hadisənin Millerovo hərbi aerodromu yaxınlığında baş verdiyi iddia edilir. Hələlik hadisə və onun nəticələrilə bağlı rəsmi məlumat verilmir.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) March 4, 2026

Şərhlər