ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyat artıq ABŞ ordusuna 1 milyard dollardan çox bahaya başa gəlib.
Bu barədə "Forbes" nəşri uazıb.
Qeyd olunur ki, Küveytdə İran tərəfindən üç ədəd "F-15E Strike Eagle" qırıcısı məhv edilib.Hər bir təyyarənin dəyərinin təxminən 90 milyon dollar olduğu bildirilir ki, bu da ümumilikdə azı 300 milyon dollar zərər deməkdir.
"The Wall Street Journal" qəzetinin yaydığı xəbərə görə, əməliyyatdan əvvəl bölgədə aparılan hərbi hazırlıq ABŞ ordusuna təxminən 630 milyon dollara başa gəlib. Daha əvvəl bölgəyə göndərilən iki aviadaşıyıcının gündəlik istismar xərci isə təxminən 13 milyon dollar qiymətləndirilir.
Bundan başqa, əməliyyatda istifadə edilən B-2 bombardmançı təyyarələrinin saatlıq istismar xərcinin 130–150 min dollar arasında olduğu bildirilir. Tək istiqamətli “kamikadze” pilotsuz uçuş aparatlarının ümumi dəyəri isə təxminən 43,8 milyon dollar hesablanır. "The Times" qəzetinin məlumatına görə, “Tomahawk” raketlərinin bir ədədinin dəyəri təxminən 2 milyon dollardır.
"Penn Wharton Budget Model" təşkilatının direktoru Kent Smetters "Fortune" jurnalına açıqlamasında bildirib ki, münaqişənin ABŞ vergi ödəyicilərinə ümumi yükü ən azı 40 milyard dollar olacaq. Onun sözlərinə görə, bu rəqəm böyük ehtimalla 65 milyard dollara yaxınlaşa, müharibənin müddətindən asılı olaraq isə 95 milyard dollara qədər arta bilər.
"AzPolitika.info"

Şərhlər