Şri Lanka sahilləri yaxınlığında İran donanmasına aid “IRIS Dena” adlı gəmi ilə bağlı insident baş verib. Sri Lanka donanması və müdafiə nazirliyi məlumatına görə, gəmi dənizdə çətin vəziyyətə düşüb və yardım çağırışı göndərib. 

"Reuters "və digər xəbər agentlikləri bildirir ki, bu hadisə sualtı hücumla əlaqələndirilir. Gəminin ABŞ tərəfindən vurulduğu ehtinal edilir.  

Hadisə Galle sahilləri yaxınlığında baş verib. Təhlükə siqnalı verən gəmi qısa müddət sonra batıb. Hücum nəticəsində gəmidə olan 101 hərbçinin itkin düşdüyü, 78 nəfərin isə yaralı halda xilas edildiyi bildirilir.

Şri-Lanka Hərbi Dəniz Qüvvələri və Müdafiə Nazirliyinin məlumatına görə, gəmidə ciddi zədələnmə qeydə alınıb və dərhal xilasetmə əməliyyatı başladılıb. Bölgəyə çoxsaylı gəmi və təyyarə cəlb edilib.

Şri-Lankanın xarici işlər naziri Vijitha Herat açıqlamasında qeyd edib ki, gəmidə təxminən 180 dənizçi olub və indiyədək onlardan bir qismi xilas edilib. Şri-Lanka donanması tərəfindən sudan çıxarılan 32 iranlı dənizçi Galle şəhərinə gətirilib, yaralılar isə Karapitiya xəstəxanasına yerləşdirilib.

"AzPolitika.info"