İspaniyanın Baş naziri Pedro Sánçez ABŞ Prezidenti Donald Trampın tənqidlərinə sərt cavab verib.

O, ABŞ hərbi təyyarələrinin İrana qarşı zərbələr üçün İspaniya ərazisindəki bazalardan istifadə etməsinə icazə verməkdən imtina edib.

Baş nazir televiziya ilə yayımlanan çıxışında hökumətin mövqeyini iki sözlə ifadə edib: “Müharibəyə yox.”

Xatırladaq ki. Tramp isə bir gün əvvəl İspaniya ilə bütün ticarəti dayandırmaqla hədələyib.

Sançes isə cavabında bildirib ki, ölkəsi “dünya üçün zərərli olan və dəyərlərinə, eləcə də milli maraqlarına zidd hərəkətlərin iştirakçısı olmayacaq”.

O, əlavə edib ki, Madrid qorxu ilə hərəkət etməyəcək.

İspaniya hökumətinin başçısı həmçinin İraq müharibəsinin mənfi zəncirvari nəticələrini xatırladıb. O, cihadçı terrorun artması və enerji daşıyıcılarının qiymətlərinin kəskin bahalaşması kimi prosesləri misal gətirib.

Onun sözlərinə görə, İrana qarşı mümkün hücumun nəticələri də eyni dərəcədə qeyri-müəyyəndir və bu, daha ədalətli beynəlxalq nizamın formalaşmasına gətirib çıxarmayacaq.

Beləliklə, Madrid Vaşinqtonun təzyiqlərinə baxmayaraq, İrana qarşı hərbi əməliyyatlarda iştirakdan kənarda qalmaq niyyətini açıq şəkildə nümayiş etdirib.

“AzPolitika.info”