Menu

Bakıda məşhur restoran söküləcək – Qaz xəttinin üzərində tikilib...

04.03.2026, 21:06
Bakıda məşhur restoran söküləcək – Qaz xəttinin üzərində tikilib...

Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən "Xan Bağı" restoranı söküləcək.

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı "Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.

Bildirilir ki, "Xan Bağı" restoranın bir hissəsi "Azəriqaz” İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus d-377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb.

Məhkəmə "Azəriqaz” İB-nin tələbini əsaslı sayaraq sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib.

Qərara əsasən fiziki şəxs Qaybalıyev Namiq Xankişi oğluna məxsus "Xan bağı " restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır.

Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir.

Şərhlər

İsmayıl Xələfov 2026-03-04 17:20:22

Yaxşı baxsınlar, bəlkə qaz kəməri sonradan çəkilib.Ey kidi dünya. Bu hələ paytaxtımız Bakıdı haa. Gəlin indi rayonlara baxın, görün qaz xətləri hardan keçir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol