Menu

"İran Azərbaycana PUA göndərilməsini təkzib edir" - Baş Qərargah məlumat yaydı

05.03.2026, 15:50
"İran Azərbaycana PUA göndərilməsini təkzib edir" - Baş Qərargah məlumat yaydı

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsini təkzib edib.

Bu barədə Baş Qərargah bəyanat yayıb.

“İran İslam Respublikası bütün ölkələrin, xüsusilə müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır və Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikasına pilotsuz uçuş aparatının göndərilməsini təkzib edir”, - bəyanatda deyilir.

Tehran bu hücumun İsrail tərəfindən İran ilə qonşu müsəlman ölkələri arasında münasibətləri pozmaq üçün törədildiyini iddia edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol