Prezident İlham Əliyev İranın Naxçıvana dron hücumunu çirkincə, namərdcə, nakişi kimi zərbə adlandırıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
"Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?!" - dövlət başçısı əlavə edib.
Prezident deyib ki, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək:"Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər".

Şərhlər
Görünən o ki, İran rejiminin öz içindəki satılmışların sayəsində Amerika və İsrail çütlüyü tərəfindən Xameini və üst düzey yetgililerin öldürülməsi, İran hakimiyyətini kökündən parçalamışdır. Artıq Mərkəzi hakimiyyət iflic duruma düşdüyü üçün, kim hara gəldi saldırır. Tələm -tələsik Xameninin oğlu ali dini lider təyin edilməsi də heç nəyi dəyişmədi. Əslində bu saldırmalar , İrana ikinci, üçüncü cəbhələrin açılmasına zəmin hazırlayır və bu da ona hücum edənlərin işinə yarayır. İkincisi bunlar gör nə qədər başlarını itiriblər ki, Azərbaycana belə saldırmağı da gözə aldılar. Hansı ki, İrandakı 40 milyon Azərbaycanlı bunu heç də xoş qarşılamayacaq və bu da Mollaların içdən vurulmasını sürətləndirəcək. Zatən Amerikanın da istədiyi budur. Ona görə də Ölkə Başçısının Naxçıvandakı saldırılarla bağlı keçirilən toplantıda səsləndirdiyi bütün fikirlərə qatılırıq bə dəstəkləyirik. Çünki, regonda qazn qaynayır və qaynadıqca da düşmənlarin sayları da çoxalır ki, bu da nəyin nə zaman və kim tərəfindən saldıracağını bilməmizi çətinləşdirir. Ona görə də Azərbaycan təhlkəsizlik və müdafiə qüvvələri hərbi vəziiyətə keçməli, müdafiə ən üst səviyyəyə çıxarılmalıdr. Allah yardımçımız olsun.