Menu

İsrail Livanda yaşayış binasını vurdu - 19 mülki sakin həlak oldu

08.03.2026, 14:12
İsrail Livanda yaşayış binasını vurdu - 19 mülki sakin həlak oldu

İsrailin Livanın cənubundakı Nəbatiyə vilayətinə hücumu nəticəsində 19 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə NNA məlumat yayıb.

Məlumata görə, zərbənin hədəfi yaşayış binası olub. Bina tamamilə dağılıb. Azı 19 mülki sakin həlak olub. Ölənlər arasında qadın və uşaqlar var.

Məlumatda qeyd olunub ki, xilasetmə qrupu dağıntıların təmizlənməsi və ölənlərin meyitlərinin çıxarılması işləri görür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol