Novruz bayramı ərəfəsində balıq bazarlarında ən çox tələb olunan balıqlardan biri kütümdür.
Satıcılar deyirlər ki, ABŞ və İsrailin İrana hərbi müdaxiləsi nəticəsində Azərbaycana son günlər İrandan kütüm idxalı kəskin azalıb.
Onların sözlərinə görə, mövcud qıtlıq qiymətlərə də ciddi təsir edib. əvvəlki aylarda 10-15 manata təklif olunan kütüm indi 20-25 manata qədər bahalaşıb.
Kütüm balığı süni göllərdə yetişdirilmədiyi üçün bazar əsasən təbii ovdan asılıdır. Bu isə təklifin azalmasına və nəticədə qiymətlərin artmasına səbəb olur. Bahalaşma digər balıq növlərində də hiss olunur. Xüsusilə forel balığı son günlər bazarlarda xeyli azalıb.
Satıcılar bildirirlər ki, xarici ölkələrdən balıq gəlişi davamlı olsa və ov həcmi artsa, bazarda qiymətlər tədricən sabitləşə bilər.//Xəzər TV

Şərhlər
SSRİ Kremlin buraxdığı suverenlik və MDBnin Müstəqilliyə verdiyi azadlığın konstitusion-qanuni atributlarına təbbii ki, maddi-maliyyə və texnoloji-iqtisadi müstəqillik zəmanəti daha zəruridir. Özünün strateji-zəruri məhsulun *kibrit çöpü* belə yoxsa, qalan enerjini də alovlanlanıb, nəinki toxunulmazlıq qüdrətini təmin edəcək, tam tərsinə daha dərin-uzaq asılı qalcaqsan? Müstəmləkələr bizi belə ötüblər?
iran kütüm balğını xəzər dənizindən tutmr? Bəs biz niyə yatırıq? Bu yaramazlığın səbəbi nədir ? Yoxsa qymət qaldırmaq üçün quş buraxırsınz? Utanmaq gərəkdir!