Menu

"İsrailin Qəzzada törətdikləri Livanda təkrarlanmamalıdır" - Türkiyə XİN

12.03.2026, 19:31
"İsrailin Qəzzada törətdikləri Livanda təkrarlanmamalıdır" - Türkiyə XİN

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin Livana hücumlarını pisləyib.

Bu, Türkiyə XİN-in bəyanatında qeyd olunub.

"Təxminən bir milyon insanın didərgin düşməsinə səbəb olan hücumları şiddətlə qınayırıq" , - məlumatda bildirilib və əlavə edilib ki, bu hücumlar beynəlxalq humanitar hüququ pozur.

Türkiyə XİN-in bəyanatında vurğulanıb ki, İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatların Livanda təkrarlanmasına imkan verilməməlidir: "İsrailin Livanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən hücumları fonunda Livan xalqı və dövləti ilə həmrəylik içində olmağa davam edəcəyik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol