Menu

ÖLKƏDƏN MİLYARDLARLA DOLLAR ÇIXARILIR... - Pullarımız haralara gedir?

17.03.2026, 22:32
ÖLKƏDƏN MİLYARDLARLA DOLLAR ÇIXARILIR... - Pullarımız haralara gedir?

Mərkəzi Bankın hesabatında daha nələr var?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin yekunlarına dair tədiyyə balansının əsas göstəricilərini açıqlayıb. Rəqəmlər ölkənin xarici iqtisadi əlaqələrində maraqlı və bir qədər də düşündürücü meyillərdən xəbər verir. Xüsusilə, tədiyyə balansındakı kəsirin kəskin artması və kapital axınının miqyası diqqət mərkəzindədir.

AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirovun mətbuat konfransındakı açıqlamasına görə, 2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici cəmi 0,4 milyard dollar idi.

Cəmi bir il ərzində kəsirin 3,5 dəfə artması ekspert dairələrində müəyyən suallar doğurur.

Ümumi kəsir, sadə dillə desək, il ərzində ölkəyə daxil olan valyuta ilə ölkədən çıxan valyuta arasındakı mənfi fərqdir. Bu fərq isə birbaşa Mərkəzi Bankın ehtiyat aktivlərinin azalması hesabına qapanır. Lakin burada bir incə məqam var: AMB rəsmisi vurğulayır ki, bu rəqəm hesablanan zaman valyuta məzənnələrinin dəyişməsi və ya qızılın qiymət artımı (yenidənqiymətləndirmə) nəzərə alınmır. Yəni söhbət sırf iqtisadi əməliyyatlar nəticəsində baş verən real pul azalamasından gedir.

5 milyardlıq kapital axını: Pul hara gedir?

Baş bank rəsmisinin açıqlamasındaən maraqlı hissə isə kapital və maliyyənin hərəkəti ilə bağlıdır. Hesabata görə, 2025-ci ildə ölkədən kapital və maliyyə axını (mənfi saldo) təxminən 5 milyard dollar olub. Bu rəqəmin strukturuna gəlincə, xalis maliyyə aktivləri 5,4 milyard dollar artıb, yəni söhbət Azərbaycanın xaricdəki mülkiyyəti və investisiyalarından gedir.

Xalis maliyyə öhdəlikləri isə cəmi 0,4 milyard dollar artıb. Bu da xarici investrorların bir il ərzində Azərbaycana qoyduğu sərmayənin həcmidir.

Göründüyü kimi, Azərbaycan xaricə, xaricin bizə qoyduğundan 13 dəfədən çox vəsait yönəldib. Beləliklə, sözügedən 5 milyardlıq "maliyyə çıxışı"nın arxasında bir neçə faktor dayana bilər:

-Dövlət Neft Fondunun xarici investisiyaları: Neft gəlirlərinin xaricdəki aktivlərə (istiqraz, səhm) yönəldilməsi;

-Xarici borcların qaytarılması: Dövlət və iri şirkətlərin xarici kreditorlar qarşısında öhdəliklərini icra etməsi;

-Xarici neft şirkətlərinin mənfəət transferi: Hasilatın pay bölgüsü sazişləri çərçivəsində xarici tərəfdaşların öz paylarını ölkədən çıxarması.

Ticarət artığı niyə kəsiri örtə bilmir?

Qeyd edək ki, Azərbaycanın xarici ticarət balansı (ixrac-idxal fərqi) ənənəvi olaraq müsbətdir. Neft və qaz satışından ölkəyə milyardlarla dollar daxil olur. Lakin 2025-ci ilin mənzərəsi göstərir ki, artıq ticarətdən gələn valyuta "kapital hesabı"ndakı böyük boşluğu tam doldura bilmir. Təxmini hesablama ilə, əgər biz ticarətdən 3,6 milyard dollar qazanmışıqsa və xaricə 5 milyard dollar kapital axıtmışıqsa, nəticədə həmin 1,4 milyardlıq ümumi kəsir yaranır. Bu isə o deməkdir ki, dövlət öz ehtiyatlarından istifadə etmək məcburiyyətində qalıb.

2025-ci ilin tədiyyə balansı göstərir ki, Azərbaycan iqtisadiyyatı "xarici aktivlərin yığılması" mərhələsindədir. Dövlətin xaricdə mülkiyyət və maliyyə aktivlərini artırması strateji baxımdan müsbət olsa da, bu proses ölkənin cari valyuta ehtiyatlarını təzyiq altında saxlayır.

Əgər 2026-cı ildə enerji qiymətlərində ciddi eniş baş verərsə və ya idxalın həcmi məsələn, bərpa-quruculuq işləri fonunda daha da artarsa, Mərkəzi Bankın ehtiyatları üzərindəki yük daha da ağırlaşa bilər. Hazırkı mərhələdə manatın məzənnəsi üçün birbaşa təhlükə görünməsə də, valyuta axınlarının bu dinamikası yaxın gələcəkdə daha ehtiyatlı pul-kredit siyasətini şərtləndirir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Vidadi 2026-03-26 19:51:05

Şərhlərdən də göründüyü kimi milyarların xaricədaşınmasının başında mövcud hakimiyyət durur.Bu milyardları YAP-ın öndəgedən üzvləri və hakimiyyətdə müxtəlif yüksək vəzifəlrdə oturdulanlar ölkədən rüşvətlə,korrupsiyailə,büdcə oğurluğuilə mənimsəyib tanış və əlaqəli banklar vasitəsilə xaricə aşıdıqlarıhamıya bəllidir.Amma hakimiyyət susur!l

Vətəndaş 2026-03-25 18:15:53

Milyardları çıxarabların hamısı YAP -ın üzvləridir.inanmırsnız? Onların yaşadıqları villalara,mənsun oldiqıarı əmlaklara.evladlarını xaricdə yerləşdirilməsinə və digər mənsub olduqları daxili və xarici şirkətlərə baxın.Hakimiyyt niyə bunu görüb qarşısını almaq istəmir ?

Vətəndaş 2026-03-19 19:42:08

Bəs vəsaiti ünvansız köçürən banklar,qazdan ayıq gömrük orqanı.sərhəd xidməti niyə fəaliyyətsiz qalıblar və transferlərin taleini boş buraxanbanklar niyə məsuliyyət daşımayıb? Nəzarətsizliyin və məsuliyyətsizliyin səbəbi nədir?

Mirəhməd 2026-03-19 09:14:00

Hörmətli operator! Qorxma.Şərhləri oldugu kimi dərc et.yoxsa bir gün sənin dəqəpik quruşun bang tərəfindən ogurlanacaq.

Mirəhməd 2026-03-19 09:09:56

məmuru talançılıqla məşgul olan ölkədə heç nəyə etibar etmirlər.

Vətəndaşa əlavə 2026-03-19 07:31:30

Bu talançı məmurları kim və niyə təyin edib və bəsləyir??? Məqsəd qaranlıq deyil?Su niyə bulanıqdır?

Ayxan Abbaslı 2026-03-18 21:35:50

Cahangir Hacıyev neylədi basdı yedi Arvadı İngiltərədə kef cekir Bir Hüquqi qiymətləndirmə cıxarılıb arvadı Azərbaycana getrilmir 10 milyard pulu hökümət ödəmək məcburiyətində qaldı hecbir cezalandırma yoxdu yeyen yeyir yedizdirir vay kasub kusub yiyesizin halına

KOHNE 2026-03-18 13:05:13

MEŠEDIRDƏ...MEŠƏ........ CANAVARLAR....A YILAR.. .T7LKÙLER....KIMIN ELINE...YAXUD AGZINA NE KEÇDI.... OGURLAYIR.....

Vətəndaş 2026-03-17 18:18:18

Pulların hara getdiyini Hakimiyyət 25 ildir özl bilir.Ancaq qarşısı alınmır.Bunun əsas səbəbi kimi fiktiv Azərbaycanlı ad soyadlı kimliklərəmənsub qarışımilli və yüksək vəzifədə oturduan məmurlar və onlarla əlaqədar olan şəxslərdir ki,haimiyyət onlara yaşıl işıq yandırıb.Azrbaycanın pullarıÇexiyada.ingitərədə.Albaniyada Monteneqroda,Dubayda və hətta Amerikadadı. Amma susqunluq davam edir.

TARİX 2026-03-17 15:48:33

???

Vətəndaş 2026-03-17 15:25:01

Talançı məmurlar millətimizi vətənimizi talan edib bizi məhv edirlər. Deyilənlər düzdür yəqin ki 1 trilyona yaxın pulumuzu bizdən olmayanlar talayıblar daşıyıblar dünyanın bütün ölkələrinə. Dünyada 2-ci bir millət yoxdur ki bu qədər talan qarətə uğramış olsun. Bizim axırımız necə olacaq Allahım.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol