
ABŞ-nin Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kent bütün dünyanı qarışdıran sensasiyalı bəyanat verərək tutduğu vəzifədən istefa edib.
Kent sosial media hesabında Trampa məktub ünvanlayıb. Məktubda deyilir:"İranla müharibəyə ABŞ-ni İsrail təhrik etdi. Mən Amerika övladlarının İsrail naminə ölməsinə etiraz edirəm. İran bizim üçün təhdid deyildi. Bu savaşı dəstəkləməyə vicdanım imkan vermir".

Ağ Ev bu bəyanatın həqiqəti əks etdirmədiyini açıqladı, İsrailə yaxın media qurumları isə Co Kenti "yəhudi düşməni" elan etdilər.
Yada salaq ki, bir müddət öncə ABŞ-dəki yəhudi qurumlarının dövlətə təsirinə qarşı ən sərt bəyanatı FBİ şefi Kaş Pattel səsləndirmişdi.
Pattel Yəhudi Haqlarının Müdafiəsi Liqasını (ADL) hədəf alaraq demişdi: "ADL gözətçi köpəklər kimi ABŞ-nin önəmli dövlət strukturlarını izləyir. O dövr bitdi və bu günkü FBİ o gözətçi köpəkləri ilə ortaq olmayacaq".

Öncə FBİ şefi Kaş Pattel, indi də Milli Antiterror Mərkəzinin direktoru Co Kent. Hər iki qurum kəşfiyyat orqanıdır. Maraqlıdır: Nə üçün Birləşmiş Ştatların ən böyük kəşfiyyat orqanlarının rəhbərləri ABŞ-nin düçar olduğu problemlərdə İsraili və sionist yəhudiləri günahkar görürlər? Doğrudanmı kiçik İsrail dövləti və ya bütün dünyadakı ümumi sayı cəmi 12–15 milyon olan yəhudi toplumu dünya hegemonu olan ABŞ-ı idarə edir? Bu bir həqiqətdirmi ki, Orta Doğudakı bütün müharibələrə ABŞ-ı İsrail soxub?
Sualın cavabını Tramp özü verir: "İsrail bizi İranla müharibəyə təhrik etmədi, tam əksinə, mən İsraili bu müharibəyə təşviq etdim".
Son baş verənlər illərdir səsləndirilən "ABŞ İsraili, yoxsa İsrail ABŞ-ı idarə edir" sualını yenidən aktuallaşdırır.

İsrail dövləti yəhudi ağlının deyil, ingilis ağlının məhsuludur. Gizli dosyelər bir yana, açıq qaynaqlarda da İsrail Qərbin "ön cəbhədə qurulmuş plasdarmı" adlandırılır. Bu bir həqiqətdir. İsraildə yaşayan milyonlarla yəhudi rahat dövlətdə deyil, mütəmadi partlayışlar altındakı ön cəbhə şəraitində yaşayırlar.
ABŞ və İngiltərə Osmanlını parçalamaq və Böyük Orta Doğuya nəzarəti təmin etmək üçün İsrail dövlətini qurublar. Dövləti qurub, "Vəd olunmuş torpaqlarda Böyük İsrail" ideyasını da meydana atıblar.
Maraqlıdır, yəhudilər kimi ağıllı millət də bu cəfəngiyyata inanıb. Cəmi 6 milyonluq yəhudi toplumu, türklər də daxil, 200 milyon müsəlmanın yaşadığı geniş ərazilərdə "Böyük İsraili" qurmaq savaşlarına girişiblər. Savaş varsa, kontrollu xaos da var. Bu da çox böyük və zəngin regionu nəzarətdə saxlamaq üçün ən uyğun instrumentdir.

Paralellər aparaq. Ruslar türk torpaqlarında süni Ermənistan dövləti yaratdılar, erməniləri "Dənizdən dənizə Böyük Ermənistan" nağılı ilə aldadıb, bitib-tükənməyən savaşlara soxdular. "Dənizdən dənizə Böyük Ermənistan" və "Vəd olunmuş torpaqlarda Böyük İsrail". Hər ikisi süni yaradılmış dövlətdir və böyük regionları nəzarətdə saxlamaq üçün kontrollu xaos instrumentidir.
Məlum məsələdir ki, "Böyük Ermənistan" nağılı kimi "Böyük İsrail" xülyası da bitir. İsraili dövlətini yaradan da, İsrailin maraqlarını əldə bayraq edib İraqda, Suriyada, İranda müharibə başladan da yəhudi marağı deyil, ingilis marağıdır.
İranda fars hakimiyyətini quran, Xomeynini Fransa təyyarəsində Tehrana gətirən və "İsrailə ölüm" şüarını ortaya atıb "Şiə hilalına" geniş meydan açan da ingilis ağılıdır.
ABŞ hər zaman İsrail maraqlarını deyil, öz maraqlarını əsas tutub. İsrail maraqlarının Ağ Ev üçün önəmi olsaydı, Tramp ABŞ qoşunlarını Suriyadan çəkməzdi. İsrailin bütün cəhdlərinə rəğmən amerikalılar Suriyadan çəkildilər. Qəzzada da Tramp İsrailin deyil, müsəlman dövlətlərinin dediklərini əsas götürdü.
Sual yaranır: Ağ Ev üçün İsrailin deyil, Birləşmiş Ştatların maraqları üstündürsə, ABŞ-ın ən böyük kəşfiyyat orqanlarının rəhbərləri niyə bütün günahı Tel Əvivin üzərinə atırlar?

ABŞ-da son dövrlərdə, xüsusilə Qəzza qətliyamından sonra maraqlı tendensiya formalaşıb. Amerikan ictimai rəyi Birləşmiş Ştatların köklü problemlərinin əsas səbəbkarı kimi yəhudiləri və İsrail dövlətini görür. Bu trend beyinlərə hopub. Bu gün Ağ Evin üz-üzə qaldığı ən böyük problem İranla müharibədir. Uğursuz müharibədir və bu müharibənin məsuliyyəti kiminsə boynuna yüklənməlidir.
Amerika ictimai rəyi bütün problemləri yəhudilərin və İsrailin üzərinə atmağa meyillidirsə, niyə İran müharibəsinin günahkarı da yəhudilər olmasın? Trampın gah sağa, gah sola çarpan ziq-zaqlı mövqeyi ictimai rəy üçün meyar deyil. Ən sanballı kəşfiyyat rəhbərlərinin bəyanatları isə ictimai rəydə partlama effekti doğurur. Belədirsə, niyə uğursuz İran müharibəsinin məsuliyyəti də İsrailin üzərinə atılmasın?
Amerikalılar çox ciddi problemlərində yəhudiləri və İsraili "günah keçisi" elan ediblər. Sanballı kəşfiyyat rəhbərləri uğursuz İran kompaniyasının məsuliyyətini də yeni "günah keçisinin" boynuna yazıb Ağ Evin çökməkdə olan reputasiyasını qismən də olsa xilas etməyə çalışırlar. İstisna deyil ki, problem böyüdükcə ABŞ-İsrail münasibətlərindəki qarşılıqlı ittihamların sayı da artacaq.
“AzPolitika.info”

Şərhlər
1.Müəllif tarixi ya bilmir, ya da istədiyi narrativ çərçivəsində verir, yəni gerçəkliklə əlaqəsiz. Hər iki halda belə məsələlərə girişərək, o qədər də səviyyəli olmayan inspiroloq və konspiroloq kimi çıxış edir. Başqa məsələ ki, “məndə varam”...Məsələn, yazır ki, “ruslar türk torpaqlarında süni Ermənistan dövləti yaratdılar”. Hansı “ruslardan” gedir söhbət? Ermənistan Respublikası Azərbaycan Demokratik Respublikası ilə bir gündə - 28 may 1918-ci ildə - dağılan Rusiya imperiyasının ərazisində yaranıb. Belə məntiqlə ADR-də “ruslar yaradıb”? Bu iki respublikadan əvvəl isə 26 may tarixində həmin imperiyanın ərazisində Gürcüstan R-sı elan edilib. Bu yeni dövlətlərin yaranmasında kimlərin, hansı dövlətlərin marağı, əli var idisə, bu “ruslar” deyildi. O ki qaldı Ermənistan SSR-nin yaranmasına, bu “dövlət” Azərbaycan və Gürcüstan sovet respublikalarından sonra yaranıb və sonralar SSRİ-yə daxil olub.
“Dənizdən dənizə Böyük Ermənistan" nağılı isə erməni tarixçiləri tərəfindən bu bölgələrdə “rusların” heç iyi-qoxusu olmayan dövrlərdə yazılıb. Yəni, “aldatmağa” heç ehtiyac yox idi, özləri aldanmağa şad-xürrəm və sevinlə hazır idilər. “Aldadanları” görmək istəyirsinizsə, V. Vilsonun planları ilə tanış olun və Azərbaycan ərazisində kimlərin, hansı imperiyaların Abşeronda (Bakıda) “Küveyt” yaratması və ərazinin qalan hissələrinin kimlərə (o cümlədən, “Ermənistana”) peşkəş etməsi barədə həyata keçməyən xülyalarını yadınıza salın. “Ruslar” heç yaxında belə görünmürlər.
2. “İranda fars hakimiyyətini quran”. Hansı “fars hakimiyyətindən” söhbət gedir ki, bu ölkənin rəhbəri, nazirləri, generallarının çoxu məhz Azərbaycanlıdır, türkdür, hətta atom proqramının (öldürülən, “məhv edilən”) rəhbərləri belə? Son hadisələr isə belə göstərir ki, həmin türklər məhz İranı öz vətəni hesab edirlər. O ki qaldı fars dilinin dövlət dili olması, səbəblərini araşdırın... Hər bir halda 400-500 il bu dövləti idarə edənlər türkəsilli şəxslər olub, yarımçıq hakimiyyətli Pəhləvilərin ana-arvadları belə türk qadınlar olublar. Deməli səbəb heç də “fars arvadlarına məhəbbət”, yaxud “dayıları fars (...) olanlar” olmayıb...
3. “ABŞ hər zaman İsrail maraqlarını deyil, öz maraqlarını əsas tutub”. – Ola bilər, yəgin elə belədir. Lakin Tramp, görünür, istisnadır. Buna misallar gətirməyi lüzum bilmirik. Ya, buyurun: Qüds (İyerusalimdən) tutmuş, Qəzza və İrana qədər).Hər şey çılpaqlığı ilə göz qabağındadır. Niyə? Ehtimal edilir ki,bir çoxları kimi quyruğu müəyyən tələdə qalıb, çıxa bilmir: “Epşteyn” olsun, maliyyə işləri olsun və s.
Siz bilirsinizmi ki Netanyahu bir müddət əvvəl Orta Şərqdə Böyük İsrail Krallığının qurulacağının müjdə xəbərini vermişdi. Və rəy ssorğularına görə yəhudilərin 89 % Qəzza Soyqırımını , Livan və Suriya torpaqlarının işğalını dəstələyir, ...."ağıllı yəhudilər" dini inanclarında özlərini hamıdan yüksək tuturlar və xaos yaratmaqla məqsədlərinə çatmaq istəyirlər....və bunun üçün istənilən alət onlar üçün qəbulediləndir...Arzuları olduqları üçün də digər Güclər bu kartdan istifadə edirlər.... çox yazmaq olar ...ABŞ-nın banklarının və maliyyəsinin 40%-ə qədəri (1990-2000-ci illərin statistikası) yəhudi icmasının əlindədir...və pul ilə istənilən lobbiçilik fəaliyyətini göstərirlər...ABŞ-da pul ilə idarə olunur
Deyəsən Namiq bəy kəşfiyyat orqanlarının rəhbərlərindən çox bilir. Əlbəttə ki, Trampın "Bizi müharibəyə Israil çəkdi" deməsi ağılsızlıq olardı. Deyədən Trampa inanan tək bir nəfər varsa, o da bu məqalənin müəllifidir.