Son G7 görüşündə ABŞ Dövlət katibi Marko Rubio və Avropa Birliyinin diplomatiya rəhbəri Kaya Kallas arasında qalmaqal baş verib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” nəşri diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumatda qeyd olunur ki, görüşdə ABŞ-nin Rusiyaya təzyiqi və Ukraynaya yardım məsələsi müzakirə edilib. Mənbələrə görə, Kallas Rubionu Vaşinqtonun Moskvaya təzyiqi artırmadığına görə sərt tənqid edib və Dövlət Katibinə bir il əvvəl ABŞ-nin bu cür tədbirlər görməyə hazır olması barədə dediklərini xatırladıb.
"Bir il keçib, Rusiya tərpənməyib. Səbriniz nə vaxt tükənəcək?", - Kallas Rubiodan soruşub.
“Axios” mənbələrinə görə, Rubio Kallasın dediklərinə əsəbiləşib və səsini qaldıraraq cavab verib: "Müharibəni bitirmək üçün əlimizdən gələni edirik. Bunu daha yaxşı edə biləcəyinizi düşünürsünüzsə, buyurun. Biz kənara çəkilə bilərik".
ABŞ Dövlət Katibi həmçinin deyib ki, Vaşinqton hər iki tərəflə danışıqlar aparmağa çalışır, lakin yalnız birinə - Ukraynaya - silah, kəşfiyyat və digər dəstək verməklə kömək edir.
Bu müzakirədən sonra bir neçə Avropa naziri müdaxilə edərək, ABŞ-nin Rusiya-Ukrayna münaqişəsini həll etmək üçün diplomatik səylərini davam etdirməsini istədiklərini bildiriblər. Digər iki mənbəyə görə, Rubio və Kallas fikir ayrılıqlarını həll etmək üçün görüşün sonunda qısa fasilə veriblər.
G7 görüşündən sonra jurnalistlərlə söhbətində Rubio hər hansı fikir ayrılığı və ya qalmaqal olduğunu təkzib etməyə məcbur olub: "Heç kim qışqırmır, səsini qaldırmır və ya mənfi bir şey demir".
“AzPolitika.info”

Şərhlər
"47 ildir molla rejimi ölkəni də milləti də dünyadan təcrid edib..." - Kim, kimi təcrid edib? Hərdən sual verirsən özünə, görəsən bəzi "düha"larla eyni dövrdəmi yaşayırıq? Belədirsə, niyə gün kimi aydın olana qara yaxılır?
“Böyük şeytan”, “kiçik şeytan” müəyyən dövlətlərin siyasətinə münasibət idi - və bundan başqa heç nə. Məhz ona görə ki, həmin “şeytanlar” üçün ədalət, əxlaq, vicdan, uşaq, insan həyatları, nə bilim, suveren dövlətlər və s. mütləq dəyərlər deyil. Nəyi istəsələr, lazım bilsələr, edəcəklər. Mollasan, yaxud başqa nəsən, əhəmiyyəti yoxdur.
Ezop, e.ə. 600-cü il:
Canavar quzunun çaydan su içdiyini görüb, hər hansı bir bəhanə ilə onu yemək istədi. O, quzunu suyu bulandırdığına və onun su içməsinə mane olduğuna görə danlamağa başladı. Quzu cavab verdi ki, dodaqları ilə suya çətinliklə toxunur və çayın aşağısında olduğu üçün onu bulandıra bilməz. İttihamının puç olduğunu görən canavar cavab verdi: "Amma keçən il atamı söydün!" Quzu cavab verdi ki, o vaxtlar heç doğulmamışdı. Canavar isə buna deyir: "Özünü ağa çıxarmaqda məharətli olsan belə, səni yeyəcəyəm!"
Beləliklə, cənab, ən dürüst bəhanələr belə pis bir şey etmək əzmində olanı dayandıra bilməz.
İ.Krılovun bu mözuya təmsili:
Çay qırağında qəflətən naçar,
Bir quzu oldu bir qurda düçar...
Волк и ягненок
У сильного всегда бессильный виноват:
Тому в Истории мы тьму примеров слышим,
...Ты виноват уж тем, что хочется мне кушать
...(Но)Делу дать хотя законный вид и толк.
Rusiya Ukrayna müharibəsinin başlandığı ilk gündən, bəzi kəndini "siyasi analizator" zənd edən və gerçəkləri görməyəcək qədər kor olanlar sanırdılar ki, Amerika gəlib Rusiyanın dərsini verəcək. Amma anlamaırdılar ki, hər iki gücün bu müharibələrdə öz regonal və qlobal çıxarları var və lazım gələndə bu çıxarlar üçün, bir- birlərinin siyasətinə ya göz yumarlar ya da bax beləcə yeni -yeni münaqişə ocaqları yaradıb bir -birilərini hədəfdən yayındırarlar. Amma bu dəfə görünən o ki, Ameriknın İranla bağlı hesablamaları düz çıxmadı. Belə ki, Tramp görəndə ki, mollalar neft pullarını əslində rakete çevirib qaytarıblar torpağın altına, oldu papazlıq. İndi Rusiyada bundan məharətlə istifadə edir. Həm İrana kömək edir, həm də Trampın öz əli ilə Rusiyaya qarşı qoymuş olduğu bəzi embarqoların yumşalmasına nail olur. İndi özü çıxılmaz vəziyyətdə olan Amerika təbii ki, silahları Ukraynaya verməyəcək. Sadəcə yazıq oldu Ukraynaya və Ukraynalılara. İlk gündən demişəm və bir daha da deyirik ki, dünyada beynəlxalq hüququn yox, beynəlxalq gücün var olduğu bir dövrdə Dünya güclərinin regonal maraqları onların qırmızı cizgisidir və heç bir bölgə dövləti o maraqları göz ardı edə bilməz. Edərsə əgər, onda da Ukrayna kimi, Venesuela kimi tapdalarlar. Ona görə də nə qədər özünü müstəqil sansan da bilməlisən ki, dünyanın bir zərrəsisən və dünyanın mövcud urallarına da uymalısıan. Baxın İrana. 47 ildir molla rejimi ölkəni də milləti də dünyadan təcrid edib və bununla belə , kəndicə bütün dünyanı şeytan adlandırıb onlara qarşı düşmənçilik siyasəti yürüdüb. Yəni 47 ildir ki, mollalar "çayı"tərsinə üzür. Təbii ki, dünya düzənini yürütenler də enində sonunda mollalara gələcəkdilər və gəldilər də. İndi nə olacaq. Kim qazanacaq. Əslində heç kim. Sadəcə olan yenə o ölkələrin millətlərinə və ölkələrə olacaq. Allah bir daha heç bir ölkə başçısını yanıltmasın. Çünki, öncə baş molla kimi özü gedər, millət də qırılar, ölkə də viranəyə çevrilər.