Menu

İRAN ABŞ-nin 3 TƏYYARƏSİNİ VƏ 2 HELİKOPTERİNİ NECƏ VURDU? - SEPAH açıqladı

04.04.2026, 20:48
İRAN ABŞ-nin 3 TƏYYARƏSİNİ VƏ 2 HELİKOPTERİNİ NECƏ VURDU? - SEPAH açıqladı

İranın yeni hava hücumundan müdafiə sistemi aprelin 3-də ABŞ və İsrailin üç təyyarəsini və iki helikopterini vurub.

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bugünkü bəyanatında qeyd edib .

Məlumata görə, F-35 qırıcısı, iki A-10 təyyarəsi və daha iki "Black Hawk" helikopteri vurulub. SEPAH həmçinin vahid inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin tətbiq edildiyini bildirib.

Daha əvvəl İran hərbçiləri F-35 qırıcısının məhv edildiyini və pilotunun saxlanıldığını bildiriblər. Amerika nəşri "Axios" hadisənin başvermə şəraiti ilə tanış mənbəyə istinadən yazıb ki, söhbət iki nəfərlik "F-15E Strike Eagle"dən gedə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol