Məlumat verildiyi kimi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər subasmaya məruz qalıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.
FHN Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 37 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri hazırda davam etdirilir.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev hadisə ilə əlaqədar ərazidədir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Şərhlər
XALQ-a ƏNHU-dan. Əziz soydaşım lütfən bu zalımlara hidayət arzulama. Qoy elə getdikləri yolla da getsinlər.Daha da azğınlaşsınlar. Qoy, ALLAHın səbri ilə oynamaqda davam etsinlər.Mən səndən fərqli olaraq onları alqışlayıram. Əcəb edirsiniz deyirəm. Etdiklərinizi övladlarınıza, analarınıza da öyrədin. Qoy onlar da sizin yolu tutub getsinlər. Hadi yola davam. Dünya 5 günlükdür.
Elə bil sel eyil, sunamidir.Mən belə lərzəyə gələn sel görməmişdim. Yəqin ki, videonun 34;37-saniyələrini izlədiniz.
Azərbaycan niyə bu hala salınır? Hakimiyyət birbaz da olsa xalqla maralanmalıdır.Neftin,qazın,qızılın pulları hara gedir?İnsafınız ,dərrakəniz olsun,Allahdan qorxun, bir az da olsa ölkəyə, xalqa sərf edin.