Menu

5 Quantanamo məhbusu Qazaxıstana köçürülüb

31.12.2014, 16:34
5 Quantanamo məhbusu Qazaxıstana köçürülüb

ABŞ-ın Quantanamo türməsindən 5 məhbus Qazaxıstana köçürülüb. Musavat.com-un məlumatına görə, bu barədə “Reutes” xəbər yayıb.

Onlardan üçü Yəmən vətəndaşı, ikisi isə tunislidir. 5 dustağın hamısı “əl-Qaida” ilə əlaqələrdə suçlanır. Lakin Amerika hökuməti qərara gəlib ki, onlar “daha az təhlükə kəsb edirlər”. Qazaxıstan yalnız uzun danışıqlardan sonra onları qəbul eləməyə razılaşıb. Beləliklə, Quantanomada hazırda 127 məhbus qalıb.

Xatırladaq ki, prezident Barak Obama Kubadakı Quantanamo həbsxanasını bağlamaq istəyini hələ 2008-ci ildə bəyan edib. Ancaq Konqresdə əksəriyyət qəti şəkildə məhbusların Amerika ştatları ərazisinə köçürülməsinin əleyhinə olduğundan, Ağ Ev başqa ölkələrlə anlaşmaq zorundadır.

2014-cü ildə Quantanamonu 28 dustaq tərk edib. Onları Slovakiya, Gürcüstan, Əfqanıstan və Uruqvay öz ərazisində qəbul etməyə razılıq verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol