Menu

Dövlət işində çalışanların maaşları ilə bağlı yeni qərar

09.04.2026, 21:21
Dövlət işində çalışanların maaşları ilə bağlı yeni qərar

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri müəyyənləşdiriləcək.

“AzPolitika” “Trend”ə istinadən xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Belə ki, Maliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Şərhlər

Adı Əjdər 2026-04-15 14:46:33

Fəhlə işləyirəm çox çətinliklə dolanıram

Müəllim 2026-04-12 17:03:16

Dövlət işi adını qoyub . insanar arasında ayrıseçkiik yaratmaq, haqsız yerə yüksək maaş təyin etmək olduqca yanlışdır.Çünki dünyada hətta bznesmən də, süpürgəçi də,mühəndis.müəllim.həkim .qaynaqçı və sairə işçilər dədövlətə,ökəyəqulluq edir,vergərn ödəyir vəazım gədikdə dvlət tədbirlərində də iştirak edir,onarın işi.zəhməti,enerji məsrəfi də "dövlət quluqçusu" adlandırdıqlarınızdan xeyli yüksək olur.Bunu görməzdən glmək və insanlar arasında kəskin maaş fərqi yaratmaq qəbuledilməzdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol