Yaşar Əməşov Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsindən azad olunub.
Yaşar Allahqulu oğlu Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Eyni zamanda, Prezidentin digər Sərəncamı ilə Y. Əməşova general-mayor ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, 50 yaşlı Y.Əməşov 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004-2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb.
1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib. 1998-2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib.
2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004-2006-cı illərdə böyük məsləhətçisi, 2006-2007-ci illərdə baş məsləhətçisi, 2007-2008-ci illərdə sektor müdiri, 2008-2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib.
2018-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub.
2019-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.
3-cü dərəcə dövlət müşaviridir.
"AzPolitika.info"

Şərhlər
Statsiz işləyirdi indi, 50 yaşında ştat veribdə. Bu hər adama nəsib olmur.
İnsanın mənşəi çox şeylərdən xəbər verir.Bimirsinizsə bir tarix kitabını oxuyun.Azərbaycan türkünə son 200 ildə hansı millətlərin işçərimizə soxuşdurulmuş tayfası zülm,haqsızlıq talan edib?
Adam ixtisasca, riyaziyyat müəllimiidir. Biz əməkdar müəllim eşitmişdik, amma general-müəllim eşitməmişdik. Nəinki biz, heç dünyada heç kim eşitməyib. Ölkədə general əsgərdən çpxdur. Biz onları yedirib-içirə bilmirik. Biz uşaqlarımızın azından kəsib generalları yedirtmək kimi öhdəlik götürməmişik. İndi adam həm maaş alacaq, həm də general pulu. Belə də bölgü oilarmı? Dövlət məmuruna hər şey, xalıqın övladına isə heç nə. Atalar yaxşı deyib pay bölənin yüzdən biri Cənnətə gedər.
Millətçiliyin xəstəlik olmasını isbat etməyə dəyməz. Bu “miilətci” heç başa düşmür ki, yazdığı sözlərlə Azərbaycana nə qədər xələl gətirir. Daha düzü, hesab edirəm ki, bu ölkəmizə qarşı düşünülmüş və açıq təxribatdır. Çoxmillətlilik ölkəmizin böyük üstünlüyüdür və bütün burada yaşayan xalqların oğul və qızları qabiliyyətlərinə uyğun hər bir vəzifəni tuta bilərlər.
"Azərbaycan türkü"nə müraciət edirəm. Açığı, yazmaq xatirinə yazmağı həm mədəniyyətdən uzaq, eyni zamanda tərbiyəyə zidd hərəkət hesab edirəm. Bir kiçik şəhrcikdə beş cümlədə nə istədiyin anlaşılmır. O vaxt irad bildirməyə haqqınız çatardı ki, bu təyinatı alan adamla bağlı konkret hansısa iradın olardı. Tanımadığın adamla bağlı irad bildirmək yanlışdır, düzgün hərəkət deyil. Yaşar Əməşovla bağlı məlumat "Azpolitika"nın saytında verilib. Hər halda onun soyadı o qədər önəmli deyil. Əsas onun insani keyfiyyəti və illər boyu topladığı praktiki bacarığıdır. Bu keyfiyyətlərin onda olduğunu bilən birisi kimi, onu səmimi qəlbdən təbrik edir, işlərində UĞURLAR arzulayıram.
Bu adamın miliyyəti nədir ?Axı Əməş adı Azərbaycanda rast gəlinməz addır....?Ad soyad qarma qarışıq! Azərbaycan-türk millətinin günahı nədir?Qonaqpərvərlik.? Gəlmələrə xoş münasibət?