Bəzi müxalif siyasi qüvvələrinin Ermənistanı 29.743 kvadrat kilometr ərazi ilə məhdudlaşdırmamaq çağırışları çox təhlükəlidir.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə deyib.

O, müxalifət qüvvələrinin hakimiyyətə gələcəyi təqdirdə yeni bir müharibənin başlaya biləcəyi iddialarına dair suala cavabında deyib: "Əgər bir siyasi qüvvə Ermənistanın özünü 29.743 kvadrat kilometr ərazi ilə məhdudlaşdırmamalı olduğunu deyirsə, deməli müharibə qaçılmazdır. Burada mübahisə ediləcək çox şey yoxdur".

“AzPolitika.info”