Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov sosial şəbəkələr vasitəsi ilə bildirib ki, kadr islahatları ilə məlumatları ona ötürməkdə şübhəli bilinən nazirliyin iki əməkdaşı işdən azad olunub. Mövzu ilə bağlı Hafta.az-a açıqlama verən Üzeyir Cəfərov nəzərdə tutulan şəxslərin rütbələrini söyləsə də, adlarını deməyib:
“Müdafiə Nazirliyindən mənim açıqlamalarıma heç bir rəsmi cavab verilmir. Belə çıxır ki, nazirlik Azərbaycan cəmiyyətin və mətbuatını saymır. Əslinə qalsa mənim ortaya qoyduğum məsələyə aydınlıq gətirilməlidir. Əgər nazirlik qohumbazlıq prinsipi əsasında işləyəcəksə biz də öz işimizi bilək susaq ki, heç kimni xətrinə dəyməsin. Mənə görə iki nəfəri nazirlikdən çıxarırlar. Onlar hələ ki, sərəncamda olduğu üçün adlarını açıqlamaq istəmirəm. İkisnin də vəzifəsi yüksəkdir. Biri palkovnikdir, digəri general-mayor”.
Kadr islahatı Ü.Cəfərovu mətbuat konfransı keçirməyə məcbur edib:
“Müdafiə Nazirliyində çalışanlar söhbətin kimlərdən getdiyini bilirlər. Onların adlarını ona görə açıqlamıram ki, onsuz da problem içərisindədirlər. Məsələ ilə bağlı tam qərar qəbul edildikdən sonra sözügedən şəxslərin adlarını deyəcəyəm. Bildirmək istəyirəm ki, bu insanları mənə xəbər vermək bəhanəsi ilə vəzifədən azad etmək tam əsassızdır. Biz qərarımızı bu həftə ya çərşənbə ya da cümə axşamı günü verəcəyik. Bu həftə sonu mətbuat konfransı keçirib Müdafiə Nazirliyinin kadr islahatları barəsində geniş açıqlama verəcəyik.”
Hərbi jurnalist nə üçün sürətli açıqlamalar etdiyini bu cür əsaslandırıb:
“Nazirliyin biznes piramidasi qurmasını, uğursuz kadr islahatlarını açıqlamaqa məcburam ki, onlar səhvlərini görsünlər. Azərbaycan cəmiyyəti nazirlikdən çox şeylər gözləyir. Onlar isə gözləntiləri doğrultmurlar”.
Üzeyir Cəfərovun sözlərinə görə, hərbi jurnalist Müdafiə Nazirliyinin yaxşı tərəflərini də təbliğ etməyə hazırdır:
“Mən heç bir halda açıqlamalarıma son qoymaq fikrində deyiləm. Nə zamana kimi Müdafiə Nazirliyi Azərbaycan mətbuatı ilə işləməyi bacarmayacaq, o vaxta qədər mən öz açıqlamalarımla mətbuatda çıxış edəcəm. Əgər yaxşı işlər görəcəklər, yaxşılarını təbliğ edəcəyik, əksinə olacaqsa onu da şərh edəcəyik. Mən heç kimin qarşısında heç bir öhdəlik götürməmişəm. Nə dövlət nə də qeyri-hökümət təşkilətının təmsilçisi deyiləm. Açıqlama verirəmsə bu mənim insanlıq və peşəkarlıq borcumdan irəli gəlir. Əgər görsəm ki, nazirlik peşəkar səviyyədə Azərbaycan mətbuatı ilə işləməyi bacarır o zaman açıqlamalar verməyimi saxlayaram”.(musavat.com)


Şərhlər