Menu

"Bu gün Hörmüzün açarı İranın əlindədir" - Vilayəti

12.04.2026, 19:24
"Bu gün Hörmüzün açarı İranın əlindədir" - Vilayəti

Bu gün Hörmüz boğazının açarı İranın əlindədir.

"Report" xəbər verir ki, bu barədə İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti "X" sosial şəbəkəsində bildirib.

İslamabadda Tehran və Vaşinqton arasındakı danışıqları şərh edərkən o vurğulayıb ki, İran diplomatiyasının əsas prinsipi İslam Respublikasının maraqlarının qorunmasıdır.

"Boğaz tarix boyu ölkəmizin sərhədlərinin qorunması simvolu olub, bu gün Hörmüz boğazının açarı bizim əlimizdədir", - Vilayəti qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol