“2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə, bu təkcə suya aid deyil, qanunsuz tikilən və sənədi olmayan evlərə su, qaz, və işığın qoşulması qadağan olunub və bunun artıq cinayət məsuliyyəti də var”.
Bu fikirləri “Xəzər TV”də yayımlanan “Cavabdeh” adlı müsahibədə ADSEA-nın sədri Zaur Mikayılov bildirib.
O qeyd edib ki, bu, stimullaşdırmanın azalmasıdır. Yəni insanlar bir yerdə ev tikməzdən əvvəl, sənədsiz olacağı təqdirdə kommunal xidmətlərdən istifadə edə bilməyəcəklərini anlayacaqlar.
Daha ətraflı süjetdə:

Şərhlər
HÖRMƏTLİ ZAUR. BƏY DÖVLƏTƏ SƏDAQƏTLƏ. XİDMƏT EDƏN MƏMUR OLSAYDI BU EVLƏR TİKİLMƏZDİ. DEMƏLİ ONLARA İCAZƏ VERƏNLƏR OLUB. ONLARI DA AŞKARLAYIB CƏZALANDIRMAQ LAZIMDIRKİ BELƏ HALLAR TƏKRARLANMASIN
Siz bu qanunu ona görə işlək etmirsiniz ki, milyonlarla insanın ayaqları altında qalmaqdan qorxursunuz. Bəli, bu gün sənədsiz evlərdə və gecəqondularda bir milyondan çox məzlum yaşayır. Bu işdə Azərbaycan ancaq Hindistanla müqayisə edilə bilər. Ancaq onlardan fərqli olaraq siz bu insanların qanını içməyə hazırsınız. Nə rüsum və rüşvət almadan torpaq vermirsiniz, nə gecəqondusuna sənəıd vermirsiniz. Nə insan deyib adam yerinə qoymursunuz. Bəs bu əl-ayaq altında qalmış məzlıum biçarələr nə etsinlər? Onları susuz, qazsıq, işiqsız qoyub evini tərk etməyə məcbur etmək hansınızın ağlına gəlib?. Hansı namuslu məmur bu cür təklif verər və hansı sivil ölkə vətəndaşı ilə bu cür davranar. Siz bu addımınızla 1 milyon insanı mənzil hüququndan zor gücünə məhrum edirsiniz. Suzus, qazsız, işiqsız qalan insan qaçqına çevrilir. Bu vətəndaşı öz ölkəsindən deportasiya etmək deməkdir. Bu gün ölkədə bir milyon evi olmayan insan var. Bu topluma artıq qaçqınlar, köçkünlər kimi rəsmi status tanınmalıdır. Onlara “biçarələr” statusu verilməlidir ki, hansısa beynəlxalq təşkilatlar gəlib bu kastanı himayə etsin.
Tam düz!!! Sadece pul alib vermeseler ((((((
Sənədsiz evə suda qazda işiqda verilir sadəcə qiymətləri qalxıb
Total korrupsiya, tayfabazliq ve monopoliyanin neticesi bax budur. Bu biyabirçi veziyyet diger sahelerde de baş alib gedir. Tehsili, Sehiyye ,huquq muhafize orqanlari, gömruk ve saire. Ona göre de Azerbaycanda bahaçiliqin, agir sosial iqtisadi problemlerin qarşisini almaq mumkun olmayacaq. Prezident tecili parliamenti ve hökumeti buraxmalidir ve yeni normal seçkiler keçirilmelidir.başqa yolumuz yoxdur. artiq yeter
bu artıq milləti dalana dirəməkdir. Kimlərsə rüşvət alıb icazə veriblər tikməyə indi də milləti şantaj edirlər