İran İslamabadda ABŞ ilə danışıqlar zamanı Vaşinqtonun uranın zənginləşdirilməsini dayandırmaq və müvafiq sənaye infrastrukturunu ləğv etmək tələbini rədd edib.
Bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Tehran həmçinin Hörmüz boğazını tam açmaqdan və regiondakı müttəfiq qüvvələrə dəstəyi dayandırmaqdan imtina edib.
Xatırladaq ki, aprelin 11-də İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında bir neçə raund danışıqlar keçirilib. İran tərəfinə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, Amerika tərəfinə isə vitse-prezident Cey Di Vens başçılıq edib.
Görüşün yekunlarına görə tərəflər münaqişənin uzunmüddətli nizamlanması məsələsi üzrə razılıq əldə edə bilməyiblər.

Şərhlər