Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda yerləşən Əhməd Qoyunçu peşə-texniki Anadolu liseyində dəhşətli silahlı insident baş verib.
Əldə olunan məlumatlara görə, ov tüfəngi ilə silahlanmış 19 yaşındaki Ömer Ket adlı şəxs məktəb binasına daxil olaraq qarşısına çıxan hər kəsə atəş açmağa başlayıb. Hücum zamanı məktəbdə böyük panika yaşanıb; bəzi şagirdlərin canını qurtarmaq üçün pəncərələrdən tullandığı bildirilir.
Hadisə yerinə dərhal çox sayda təcili tibbi yardım briqadası və polis qüvvələri cəlb olunub. Təhlükəsizlik qüvvələri şagirdlərin böyük hissəsini binadan təxliyə edə bilsə də, hücumçunun bir qrup şagirdi girov götürdüyü iddia edilib.
Şanlıurfa valisi Həsən Şıldaq hadisə ilə bağlı rəsmi məlumat yayaraq 16 nəfərin yaralandığını təsdiqləyib. Valinin sözlərinə görə, hücum edən şəxs 2007-ci il təvəllüdlü, həmin məktəbin keçmiş şagirdidir. O, hadisədən sonra intihar edib. Hazırda faktla bağlı genişmiqyaslı araşdırma aparılır.
Yaralılara hadisə yerində ilk tibbi yardım göstərildikdən sonra onlar təcili olaraq xəstəxanalara çatdırılıblar. Hücumun motivi hələlik məlum deyil.
VİDEO linkdə: https://www.sabah.com.tr/video/iframe/yasam/sanliu...
"AzPolitika.info"

Şərhlər