Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevə mayor rütbəsi verilib.

“AzPolitika” xəbər verir ki, bu barədə onun özü instaqram hesabında paylaşım edib.

İdmançının yazdığına görəi, ona mayor rütbəsi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən verilib: “Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.

Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm”.