Rusiyanın milli valyutası rublun dərin böhranı ilə əlaqədar olaraq, Kreml bir neçə aydır ki, öz qızıl ehtiyatını artırır. Bu addım Rusiyanın qızıl mədənlərinin xilas edilməsi ilə izah olinur. Əslində isə belə strategiyanın başlıca məqsədi ABŞ-ı hədəfə götürüb. "AzPolitika.info" nun məlumatına görə bu barədə "Die Welt"də dərc olunan məqalədə məlumat verilir.
Məqalədə daha sonra bildirilir ki, çox böyük ehtimalla, Rusiya və Çin ABŞ dollarının hegemonluğuna qarşı ciddi şəkildə güc ortaya qoymaq istəyirlər: "Rusiya gizlincə, sakit tərzdə və məqsədə uyğun şəkildə qızıl alır. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, son bir neçə ay ərzində Rusiya öz qızıl ehtiyatını xeyli artırıb. İndi Rusiya Mərkəzi Bankının 38,178 milyon unsiya (yəni 1187,493 ton) qızıl ehtiyatı var.
2005-ci ildən indiyədək ölkənin qızıl ehtiyatı üç dəfə artıb
2005-ci ildən bu yana Rusiya öz qızıl ehtiyatını üç dəfədən də çox artırıb. Təkcə son 12 ay ərzində Rusiya bu qiymətli metala olan ehtiyatını 5,5 milyon unsiya artırıb. Krımın ilhaqından sonra isə həmin artım tempi bir qədər də yüksəlib. Hal-hazırda Rusiya dünyada böyük qızıl ehtiyatına malik olan ölkələr arasında beşinci yerdə durur. Bu göstəriciyə görə Rusiya yalnız ABŞ, Almaniya, İtaliya və Fransanın gerisində qalır. Qiymətli metal alınması yaxşı əlamətdir. Çünki Rusiya sürətli valyuta itkisinin öhdəsindən gəlməlidir. Son aylar Rusiya Mərkəzi Bankı rublun müdafiə edilməsi və dövlət müəssisələrinin xilas olunması yolunda yüz milyard dollara yaxın pul xərcləyib. Maliyyə bazarlarının araşdırılması üzrə aparıcı şırkət olan “S&P” belə bir acınacaqlı vəziyyət nəticəsində Rusiyanın iqtisadi reytinqini aşağıya endirib.
Artıq yanvar ayının ortasında Rusiya öz kredit sahəsindəki vəziyyətinin ağırlığını elan etmək məcburiyyətində qalacaq. Maliyyə bazarlarının araşdırılması üzrə dünyanın ikinci böyük şirkəti sayılan “Moodys” də Rusiya iqtisadiyyatının reytinq dərəcəsini aşağı salıb. Analitiklər hesab edir ki, 2015-ci il üçün Rusiya iqtisadiyyatı 5,5% geriləyəcək.

Belə bir starategiyanı Türkiyə və Qazaxıstan da həyata keçirməyə başlayıb. Türkiyə Mərkəzi Bankı öz qızıl ehtiyatını 533 tona qədər artırıb. Qızılın belə templə alışı geosiyası mənzərə ilə bağlıdır. İnkişaf etməkdə olan ölkələr ən əvvəl Qərbin maliyyə və valyuta sisteminin aparıcı mövqeyindən qurtulmaq istəyirlər. 2014-cü ilin yayında Rio-de Jeneyra şəhərində Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası birlikdə dolların hegemonluğuna qarşı yeni bir sistem yaratmaq qərarına gəlmişdilər. Bu ölkələr BVF və Dünya Bankının hökmran mövqeyinə qarşı böyük maliyyə ehtiyatına malik olacaq vahid bank yaratmaq haqqında düşünürlər. BRİCS adlandırılan həmin beş ölkə əhalisinin ümümi sayı yer kürəsi əhalisinin 40%-ni, iqtisadi istehsal gücü isə ümumi dünya istehsalının 20%-nı təşkil edir.
BVF tərəfindəən Rusiya üçün heç bir yardım olunmayacaq
Ekspertlər belə fikirdədirlər ki, əgər hətta Rusiya valyutasının böhranı indiki ssenari üzrə davam etsə də, Betnəlxalq Valyuta Fondunun köməyi siyasi səbəblərdən mümkün deyil. Çünki ABŞ, BVF-də veto hüququna sahibdir. Böhran vəziyyətindəki Rusiya, Ukraynadan nümunə götürə bilər. Kiyev iflas olmaqdan qurtulmaq üçün öz qızıl ehtiyatının böyük bir hissəsini satıb. Hazırda Ukarynanın qızıl ehtiyatı 832 min unsiyadır ki, (24 min ton) bu da keçən ilki ehtiyatla müqayisədə 38% azdır".
Vaqif
AzPolitil.info
QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

Şərhlər