Menu

Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - FOTO

18.04.2026, 12:48
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - FOTO

Azərbaycan Respublikasının elm və təhsil naziri, "Neftçi"nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial şəbəkə hesablarında yeni paylaşım edib.

"AzPolitika" xəbər verir ki, dövlət rəsmisi paytaxt təmsilçisinin loqosunu paylaşıb.

E.Əmrullayevin ötən gün Misli Premyer Liqasının 28-ci turunda "Zirə" ilə matçda (1:1) baş verən qalmaqaldan sonra belə addm atması xüsusilə diqqət çəkib.

Qeyd edək ki, görüşdəki hadisə matçın 90+4-cü dəqiqəsində "Zirə"nin futbolçusu Brahim Konatenin bərabərlik qolundan sonra baş verib. “Neftçi” tərəfi qolun qaydalardan kənar vurulduğunu iddia edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol