Keçmiş prezident Serj Sarqsyan iyunda keçiriləcək seçkilərdə "Güclü Ermənistan" bloku vasitəsilə iştirak edəcək.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Sarqsyanın guya seçkidən kənarda qalacağı barədə bəyanatları yalandır.
Paşinyan deyib ki, keçən dəfə Sarqsyan seçkilərdə "Mənim şərəfim var" bloku ilə iştirak edib, bu dəfə isə "Güclü Ermənistan" vasitəsilə iştirak edir: “O, açıq şəkildə dəstəyini ifadə edib".
Baş nazirin sözlərinə görə, müxalifət revanş qazanmağa, “Daşnaksütyun”, “Çiçəklənən Ermənistan” və “Respublika” Partiyası arasında koalisiyanı bərpa etməyə çalışır.
"Seçkilər xalqımız üçün keçmiş cinayətkar-oliqarx liderləri siyasi arenadan çıxarmaqdan ötrü müstəsna bir fürsətdir", - deyə Paşinyan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Sarqsyanın rəhbərlik etdiyi “Respublika” Partiyası (ERP) qarşıdan gələn parlament seçkilərində birbaşa iştirak etməyəcəyini açıqlayıb.
“AzPolitika.info”

Şərhlər