Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 15-də baş tutan buraxılış imtahanında 9 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
"AzPolitika" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, bu imtahanda iştirakı nəzərdə tutulan 58 144 nəfərdən 379 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 10 nəfər imtahandan xaric olunub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 27 aprel saat 10:00-dan 29 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.
300 bal toplayaraq maksimum nəticə göstərən şagirdlərin adlarını və bəzilərinin fotolarını "qafqazinfo"-ya istinadən təqdim edirik:
1. Zərbəliyeva Zəhra Polad qızı - Bakı şəhəri, 18 saylı orta məktəb
2. Həsənli Bəxtiyar Vüqar oğlu - Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey
3. Tağızadə Samir Hikmət oğlu - Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya
4. Qayıbova Emiliya Vitalik qızı - Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbi
5. Məcidli Burlaxatun Bəhruz qızı - Mingəçevir şəhəri, Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey
6. Vəlizadə Rafiq Ramil oğlu - Bakı şəhəri, Fizika,riyaziyyat və informatika təmayüllü lisey
7. Əsgərov Əli Mübariz oğlu - Sumqayıt şəhəri, 17 saylı orta məktəb
8. Məmmədli Nəslihan Ruhin qızı - Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-lisey
9. Xammədova Zəhra Xamməd qızı - Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-lisey

Fotoda:Vəlizadə Rafiq

Fotoda: Həsənli Bəxtiyar

Fotoda: Məmmədli Nəslihan

Fotoda: Xammədova Zəhra

Fotoda: Zərbəliyeva Zəhra

Fotoda:Tağızadə Samir

Fotoda: Əsgərov Əli

Şərhlər