Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “Hilton” hoteldə keçirdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub.

“AzPolitika” “Reuters”ə istinadən xəbər verir ki, zalda əvvəlcə güclü partlayışlar baş verib bundan sonra isə izdiham yaşanıb.

Tədbirdə Prezident Trampla yanaşı birinci xanım Melaniya Tramp, vitse-prezident Ceyms Devid Vens və Kerolayn Livitt də iştirak edib.

Tramp sosial şəbəkə hesabında yazıb ki, baş verən atışma zamanı ABŞ administrasiyasından heç kim xəsarət almayıb. Hər kəsin vəziyyəti əladır.

Yayımlanan görüntülərə görə, zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.

"Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində bildirib ki, tədbirdən qısa müddət əvvəl zalda silah səsləri eşidilib.

Daha sonra D.Tramp Məxfi Xidmətin atəş açan şəxsi saxladığını bildirib. Şübhəlinin Kaliforniya ştatının sakini, 31 yaşlı Koul Tomas Allen olduğu müəyyən edilib.

"Vaşinqton, Kolumbiya dairəsində hadisələrlə dolu bir axşam. Məxfi Xidmət və hüquq-mühafizə orqanları fantastik iş gördülər. Onlar cəld və mərdliklə hərəkət etdilər. Atıcı saxlanılıb və mən "şounu davam etdirməyi" tövsiyə etdim, lakin tamamilə hüquq-mühafizə orqanlarının tövsiyələrini rəhbər tutacağam", - deyə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb və atəş açdığı ehtimal edilən şəxsin fotosunu paylaşıb.

arici KİV-ə istinadən hadisədən dəqiqələr sonra çəkilən fotoları təqdim edirik:
















***

ABŞ Prezidenti Donald Tramp şənbə günü ABŞ paytaxtındakı bir oteldə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulundan təhlükəsizlik insidenti səbəbindən təxliyə edilib.

APA xəbər verir ki, canlı yayım görüntülərinə görə, zalda güclü partlayışlar baş verib, ardınca xaos yaşanıb.

Məxfi Xidmət agentləri prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Ceyms Devid Vensi və Ağ Evin mətbuat katibi Kerolayn Livitti səhnədən müşayiət ediblər.

Tramp sosial şəbəkə hesabında yazıb ki, baş verən atışma zamanı ABŞ administrasiyasından heç kim xəsarət almayıb. Hər kəsin vəziyyəti əladır.