Belarusla Polşa arasında məhbus mübadiləsi həyata keçirilib. “5-in 5-ə” düsturu əsasında baş tutan proses çərçivəsində tərəflər qarşılıqlı olaraq beş nəfəri azad ediblər.

Belarusun dövlət agentliyi BelTAnın yaydığı məlumata görə, Polşaya təhvil verilən şəxslər arasında 2021-ci ildən Belarusda həbsdə olan jurnalist Andjey Poçobut da yer alıb.

Polşanın baş naziri Donald Tusk azad edilən jurnalisti sərhəddə şəxsən qarşılayıb.

Polşanın xarici işlər naziri Radoslav Sikorski isə Poçobutun azad olunmasını “Polşa–ABŞ ittifaqı üçün əlamətdar hadisə” adlandırıb.

“Reuters”in məlumatına görə, mübadilə prosesində ABŞ mühüm rol oynayıb. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Koul və onun komandası danışıqlarda vasitəçilik edərək bir neçə məhbusun azadlığa çıxmasına töhfə verib.

Ekspertlərin fikrincə, bu addım həm humanitar jest, həm də tərəflər arasında münasibətlərin qismən yumşalmasına işarə kimi qiymətləndirilə bilər.

“AzPolitika.info”