Menu

MİLLİ ONKOLOGİYA MƏRKƏZİNDƏ PARTLAYIŞ - Ölən və yaralanan var + FOTO (Yenilənir)

30.04.2026, 21:22
MİLLİ ONKOLOGİYA MƏRKƏZİNDƏ PARTLAYIŞ - Ölən və yaralanan var + FOTO (Yenilənir)

Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki,hadisə mərkəzin Şüa-diaqnostika şöbəsinin birinci mərtəbəsində yerləşən otaqlardan birində qeydə alınıb

Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb. O, təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.

"AzPolitika"-nın məlumatına görə,  Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. O, 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura keçib.

2008-ci ildən etibarən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışır. Həkim 2008–2012-ci illərdə Türkiyə və Rusiyada ixtisasartırma kurslarında iştirak edib.

Fəaliyyətinin əsas istiqaməti uşaqlarda və böyüklərdə rast gəlinən solid şişlər və onkohematoloji xəstəliklərin şüa terapiyasıdır. Asif Nəsirlinin 9 elmi nəşri çap olunub.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.

Hazırda araşdırma aparılır.


Şərhlər

sadiq 2026-05-03 11:49:03

milli onkologiya mərkəzində pulun olmazsa kimsə səni müalicə etməz. qazi yəqin pulsuzluqdan və çarəsizlikdən bu yola əl atıb.

miri 2026-04-30 18:51:06

Özünü partladan qazı oglumuza Allah rəhmət etsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol