Menu

Partlayışda xəsarət alan həkim radioloq vəfat edib

05.05.2026, 22:20
Partlayışda xəsarət alan həkim radioloq vəfat edib

Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib.

Bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

“Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin”,- paylaşımda deyilir.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat edib, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.

Şərhlər

Azer 2026-05-06 09:35:52

Niyə partladıb???dəli olmuşdu.niyə partladıb onuda yazında bilək yarımçıq. Yazıları nə vaxta kimi verəcəksiz ay azpalitiko.hər ikisinə Allah rəhmət eləsin.məlumati verəndə dəqiqliklə verin ay azpolitikonun özünü jurnalist sayan muxbirləri

Eli 2026-05-05 22:53:12

Allah rehmet eylesin. Teessüf.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol