Menu

Xarici blogerlər Azərbaycanı tanıdacaq – 400 min manata!

07.05.2026, 13:10
Xarici blogerlər Azərbaycanı tanıdacaq – 400 min manata!

Dövlət Turizm Agentliyi xarici jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərləri təşkil edəcək. 

“AzPollitika” xəbər verir ki, bu işlərin həyata keçirilməsi üzrə tenderləri növbəti dəfə "VEGA TRAVEL MANAGEMENT" MMC şirkəti udub. 

Bu barədə “Valyuta.az”-ın yaydığı məlumatda deyilir ki, Dövlət Turizm Agentliyinin elan etdiyi 2 tenderin qalibi məhz sözügedən şirkət olub. Hər iki tender üzrə müqavilələrin ümumi dəyəri 393 759,78 manat təşkil edib.

Bu satınalma müqavilələrindən biri İspaniya, İtaliya və Fransadan olan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması ilə bağlıdır. Müqavilənin dəyəri 203 521,5 manat təşkil edib.

Digər müqavilə isə Polşa, Çexiya, Macarıstan və Yunanıstandan olan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasıdır. Bu müqavilə üzrə agentlik "VEGA TRAVEL MANAGEMENT" MMC-yə 190 238,28 manat ödəyəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin elan etdiyi tenderlərin qalibi tez-tez "VEGA TRAVEL MANAGEMENT" MMC olur. Belə ki, ötən il agentliklə sözügedən şirkət arasında 2 521 634,73 manatlıq müqavilə imzalanıb.

2019-cu ildə yaradılan bu şirkətin nizamnamə kapitalı 5 000 manatdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol