İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Lideri Müctəba Xamenei ilə görüşüb.

"AzPolitika" xəbər verir ki, bu barədə İran prezidentinin Mətbuat xidməti bəyanat yayıb.

Pezeşkianın sözlərinə görə, görüş səmimi atmosferdə və qarşılıqlı hörmət şəraitində keçib.

“Bu yaxınlarda Ali Rəhbər ayətullah Seyid Müctəba Xamenei ilə görüşdüm. Görüş səmimi atmosferdə baş tutdu və müzakirələr təxminən iki saat yarım davam etdi”, - deyə İran Prezidenti bildirib.