Menu

Avro analitikləri 2015-də “eniş” proqnozlaşdırırlar

04.01.2015, 10:52
Avro analitikləri 2015-də “eniş” proqnozlaşdırırlar

Strategistlər avrodakı enişin 2015-də də davam edəcəyini proqnozlaşdırırlar.

Avropanın ortaq pul vahidi, Draghinin ötən ilin May ayında Brükseldə keçirdiyi mətbuat konfransından sonra 1.3993 dollar səviyyəsinə yüksəlmişdi. Avro 2014-cü ili 12% eniş ilə 1.2098 dollar ilə başa vurdu.

Avro 2014-cü ildəki dəyərdən düşməsi ilə 2005-ci ildən bu yana ən sərt illik itkisini göstərdi. 2014-cü ildə avronun 1.28 dollara enəcəyini deməyə ehtiyat edən strategistlər, bu an isə avronun 2015-ci ilin sonunda 1.18 dollara geriləyəcəyini təxmin edirlər.

Zəifləyən avro, bölgə iqtisadiyyatını canlandırmağa və deflyasiyanı uzaqlaşdırmağa çalışan Draghi üçün böyük əhəmiyyət daşıyır. Avropa Mərkəzi Bankının (AMB) Baş İqtisadçısı Peter Praet Almaniyanın “Boersen-Zeitung” qəzetinə verdiyi müsahibəsində, istehlakçı qiymətlərindəki (inflyasiyada) eniş təhlükəsinin artdığını qeyd etmişdi. Praetin şərhləri, istiqraz alışları kimi pul vahidinə eniş təzyiqi göstərəcək cəhdlərin həyata keçiriləcəyi fərziyyələrini dəstəkləyir.

“Societe General SA”nın qlobal strategistlərinden Kit Juckes, avronun dollar qarşısında bu ilin sonunda 1.14 dollar səviyyəsinə geriləyəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, dünən və bu gün Avro/Dollar cütlüyü 1,2002 ilə 2010-cu ilin İyunundan bu yana ən aşağı səviyyəyə geriləyib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol