Elxan Əzizov “AzInTelecom” MMC-nin baş direktoru təyin edilib.
Bu barədə “APA-Economics”in əldə etdiyi məlumat şirkətdən təsdiqlənib.
Qeyd edək ki, E.Əzizov bu vaxta qədər qurumda baş direktor vəzifəsinin müvəqqəti icraedicisi olub.
Ötən ilin oktyabr ayında “AzInTelecom”un idarəetmə strukturunda dəyişiklik edilib. Bununla qurum kollektiv idarəetmə formasından fərdi idarəetmə sisteminə keçib. Yeni struktura əsasən qurumda İdarə Heyəti, İdarə Heyətinin sədri və onun üzvləri vəzifələri ləğv edilib. Nəticədə İdarə Heyətinin sədri vəzifəsini baş direktor vəzifəsi ilə əvəzlənib.
"AzPolitika" xatırladır ki, Elxan Əzizov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət idarəçiliyi" ixtisası üzrə bakalavr, ABŞ-ın Corcia Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkil etdiyi MBA proqramı çərçivəsində "Biznesin idarəedilməsi" ixtisası üzrə magistr təhsili alıb, müxtəlif beynəlxalq kursları, eləcə də "Global Innovation Catalyst LLC" (GIC) və Stenford Universitetinin birgə təşkil etdiyi "Biznesin idarəedilməsi" kursunu uğurla bitirib.
E.Əzizov əmək fəaliyyətinə Nərimanov Rayon İcra Hakimiyyətində başlayıb, daha sonra “Edumedia – Azərbaycan” şirkətinin baş direktoru, nazirliyin Məlumat Hesablama Mərkəzinin (MHM) direktor müavini işləyib. Ötən il dekabrın 22-də MHM "AzInTelecom"a birləşdirilib və 2-ci yenidən təşkil edilib.
"AzPolitika.info"

Şərhlər