“Qarabağ”ın əsas komandadan uzaqlaşdırılan Elvin Cəfərquliyevlə bağlı baş məşqçisi Qurban Qurbanovun yekun qərarı bəlli olub.
Xitab24 yazır ki, təcrübəli mütəxəssis futbolçunu bağışlamayıb və əsas komandada görmək istəmir.
Baş məşqçi qardaşının kürəkəni olan, futbolçusu Abbas Hüseynovu da bağışlamayıb və müqaviləsi başa çatmaq üzrə olan müdafiəçini Cəfərquliyevlə əvəzedici komandaya göndərilib.
Qeyd edilir ki, intizamsızlıq əsası ilə klubdan uzaqlaşdırılan Elvin Cəfərquliyev əməlindən peşmandır.
"AzPolitika" xatırladır ki, futbolçu bundan öncə "Qarabağ"ın "Sabah"a məğlubiyyətindən sonra sosial şəbəkə hesabında özünün idman zalından fotosunu “zaman və ilan” ikonu ilə paylaşıb. Ardınca isə “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edərək, "İndi kimin kim olduğunu bilirik" deyə yazıb.
Bu yaxınlarda isə Cəfərquliyev Hz. Əlidən bəhs edən kitab, Qurani Kərim kitabı və Azərbaycan bayrağı əks etdirən foto paylaşıb.
"AzPolitika"

Şərhlər
Məncə Qurban bəy cavan oyunçuya bir şans da verməli idi , hər halda öz futbolçumuz idi ,Allah bağışlayandı , mən bilən Qurban da Allaha inanandı , başa düşürəm əvvəl də olub , şeytana lənət deyib bağışla onu , Avropa liqasında komandamıza çox köməyi dəyə bilər , Qurban bəy cavanlığına bağışla onu .
Belə hərəkətlərə görə bizim futbolçular irəli gedə bilmirlər.İmam Əli haqqında kitabı paylaşaraq nə demək istəyirsən?Səni gecə klubuna qızlarla kef eləməyə Həzrət Əli göndəri.
Q.Qurbanov Azərbaycan səviyyəsində böyük məşqçidir , qərarına hörmətlə yanaşıram. Elvin isə nə etdisə ōzùnə etdi.Cox heyf.
İsan nə edir özünə edir.Cox təəsüf edirəm .Onu bilirəm ki, tarix yazan futbolçular-Peleden başlamış Ronaldoya qədər təvəzökar olublar.Qurban Qurbanovu isə başa düşmək çətin deyil