Tarixçi alim, professor Zaur Əliyev XX əsrin əvvəllərində Bakıda yaşamış və "Odlu oğlan" ləqəbi ilə tanınmış Kamal Rəmzi adlı qoçunun fəaliyyətinə dair tarixi faktları açıqlayıb.

"AzPolitika" xəbər verir ki, tarixçinin araşdırmalarına və dövrün şahidlərinin xatirələrinə istinadən xəbər verilir ki, Kamal Rəmzi hündür boyu, fərqli geyim tərzi və üzərində qumbara gəzdirməsi ilə seçilib. Məşhur rus şairi Sergey Yeseninin Bakı xatirələrində də onun adına rast gəlinir. Kamal Rəmzinin daimi toplaşma yeri şəhərdə fəaliyyət göstərən "Məlik Məmmədin pivəxanası" (meyxanə) olub və orada onun üçün ayrıca masa ayrılıb.

Məlumata görə, 1900-cü illərdə həbs edilən K.Rəmzi 1902-ci ildə Bakı həbsxanasından qaçmağa nail olub. Çar Rusiyasının ən ciddi nəzarət olunan cəzaçəkmə müəssisələrindən biri sayılmasına baxmayaraq, rüşvətxorluq və yerli qoçu şəbəkələrinin təsiri nəticəsində içəri silah keçirilməsi mümkün olub. Bağlamada gətirilən qumbaranın halqasını çəkərək qarovulçunu girov götürən K.Rəmzi, həbsxana həyətindən Quba meydanı istiqamətinə qaçaraq izini itirib.

Hadisədən bir müddət sonra — 1902-ci ilin yanvar ayında Məlik Məmmədin pivəxanasında Tiflisdən gəlmiş beş erməni milliyətindən olan şəxslə Kamal Rəmzi arasında münaqişə yaranıb. Qarşı masada əyləşən şəxslərin azərbaycanlıların əleyhinə danışdığını eşidən K.Rəmzi onlara xəbərdarlıq edib. Cavab reaksiyasından sonra o, üzərindəki qumbaranı masanın altına ataraq hadisə yerindən uzaqlaşıb. Baş verən güclü partlayış nəticəsində tikilinin divarları uçub, ermənilərdən ikisi yerindəcə həlak olub, üçü isə ağır yaralanıb.

Elə həmin gecə hüquq-mühafizə orqanları Kamal Rəmzini Bakının kənarında, dəniz sahilində yaxalayaraq həbs edib. Onun həbsxanadan silahlı qaçışı və şəhər mərkəzində törətdiyi partlayış hakimiyyət orqanları tərəfindən dövlətə birbaşa təhdid kimi qiymətləndirilib. Hərbi-səhra məhkəməsinin qərarı ilə K.Rəmzi barəsində apellyasiya hüququ verilmədən 24 saat ərzində ölüm hökmü çıxarılıb və o, dərhal güllələnib.

"AzPolitika.info"